Ekspert: İranın hərbi əməliyyatlara hazırlaşması gərginliyi artırır
Siyasət 31 Mart 2026, 08:15
266
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bölgədə gərginliyin artdığını və hərbi əməliyyatların yeni mərhələyə keçə biləcəyini bildirib.
Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, İranın Xarq adası və Hörmüz boğazı istiqamətində təxminən 50 min nəfərlik qüvvə ilə hərbi əməliyyatlara başlaması gözlənilir. Ekspert qeyd edir ki, bu əməliyyatların başlanması müharibənin ikinci mərhələsi kimi qiymətləndirilə bilər. Üçüncü mərhələdə isə ya rejimin təslim olması, ya da hərbi müdaxilə nəticəsində süqutu ehtimal olunur.
M. Əsədullazadə bildirib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 15 maddəlik təklif İran tərəfindən qəbul edilsəydi, tərəflər müəyyən mənada qazanc əldə edə bilərdi. Lakin hazırkı vəziyyətdə bu imkan reallaşmayıb.
Ekspertin fikrincə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) artıq quru əməliyyatlarına hazırlaşır və bunu son şans kimi qiymətləndirir. O, eyni zamanda müharibənin gedişində SEPAH-ın nüvə silahı əldə etməsi və bundan İsrailə qarşı istifadə ehtimalını da istisna etməyib.
Həmçinin oxuyun
Məlumata görə, tərəflər arasında Pakistanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, İrana qarşı hücumlar davam edir. SEPAH quru əməliyyatlarında üstünlük qazanacağına ümid edərək öz şərtlərini irəli sürür və bu səbəbdən tərəflər arasında ortaq məxrəcə gəlmək hazırda mümkün görünmür.
Bununla belə, ekspert hesab edir ki, İsrail prosesə mane olmazsa, aprel ayında tərəflər arasında atəşkəsin əldə olunması ehtimalı qalır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mehriban Vəliyeva: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi unudulmaz tarixdir
Milli Məclisin deputatı Mehriban Vəliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.Citypost.azDeputat bildirib ki, bu tarix xalqımıza qarşı törədilmiş ağır cinayətlərin, soyqırımı və deportasiya siyasətinin acı nəticələrinin yaddaşlarda əbədiləşdiyi gündür. Onun sözlərinə görə, günahsız insanların qətlə yetirildiyi, dinc əhalinin amansızlıqla məhv edildiyi bu faciələr heç vaxt unudulmayacaq.Qeyd olunub ki, bu gün həm keçmişin xatırlanması, həm də tarixdən dərs alınaraq milli birliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Mehriban Vəliyeva soyqırımı qurbanlarının xatirəsinin dərin ehtiramla yad edildiyini vurğulayıb və onların əziz xatirəsi qarşısında baş əydiyini bildirib. O, sonda “Allah bütün şəhidlərimizə rəhmət eləsin” sözlərini əlavə edib.Turan...
31 Mart 2026, 11:34
Nigar Sabirqızı: Türkiyə müharibəyə cəlb olunmamaq üçün təmkinli siyasət yürüdür
Aparıcı və jurnalist Nigar Sabirqızı bölgədə artan gərginlik fonunda Türkiyənin mövqeyini şərh edib.Citypost.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Türkiyə regionda və İslam dünyasında İranın ən böyük rəqiblərindən biridir və Tehran hazırkı vəziyyətdə Ankaranın proseslərdən kənarda qalmasını istəmir. Jurnalist hesab edir ki, İran “mən yanıramsa, hamı yansın” prinsipi ilə hərəkət edərək Türkiyəni də müharibəyə cəlb etməyə çalışa bilər.Qeyd edilir ki, İrandan Türkiyə ərazisinə atılan raketlərin məqsədi də məhz Ankaranı qarşıdurmaya təhrik etməkdir. Eyni zamanda, İsrailin də Türkiyəni bölgədə arzuolunmaz güc kimi gördüyü və onun bu xaosun içində olmasında maraqlı ola biləcəyi vurğulanır.Bununla belə, Ankara emosional deyil, təmkinli siyasət yürüdür. Türkiyənin...
31 Mart 2026, 10:21
SEPAH ikinci İŞİD ola bilər - Xəqani Cəfərlidən AÇIQLAMA
İranda hakimiyyət dəyişikliyinin baş verdiyi haqqında ABŞ Prezidenti Donald Trampın açıqlaması həqiqətdən tam uzaq deyil. Müşahidəçilərin böyük əksəriyyəti İranda hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçdiyi qənaətindədirlər. İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra onun yerinə oğlu Müctəba Xameneinin, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra onun yerinə Məhəmməd-Baqir Zolqədr təyin edilməsi SEPAH-ın iradəsi ilə gerçəkləşib. Xalq tərəfindən seçilmiş yeganə İran rəsmisi olan Prezident Məsud Pezeşkianla SEPAH komandiri Əhməd Vahidi arasında mübahisənin ikincinin qələbəsi ilə başa çatması hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinin əlinə keçməsini təsdiq edən növbəti dəlildir.Citypost.az xəbər verir ki, bu sözləri ekspert Xəqani Cəfərli...
31 Mart 2026, 10:02
Əliməmməd Nuriyev: ABŞ, İsrail və İran — qlobal qarşıdurmanın mahiyyəti
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev beynəlxalq proseslərlə bağlı analitik məqalə ilə çıxış edib.Citypost.az xəbər verir ki, məqalədə ABŞ, İsrail və İran arasında baş verən gərginlik “mənalar savaşı” kontekstində şərh olunub. Müəllif qeyd edir ki, mövcud qarşıdurma yalnız geosiyasi maraqlar deyil, eyni zamanda fərqli “tarix ritmlərinin” toqquşması kimi qiymətləndirilə bilər.Yazıda bildirilir ki, Donald Trump administrasiyası dövründən başlayaraq ABŞ-ın region siyasəti nizamı qoruma refleksi ilə xarakterizə olunur, İsrail üçün əsas prioritet təhlükəsizlik, İran üçün isə müqavimət və regional təsir iddiasıdır.Müəllifin fikrincə, tərəflərin hər biri fərqli ideoloji və tarixi yanaşma ilə hərəkət etdiyindən ortaq siyasi həll imkanları...
30 Mart 2026, 09:33
Tural İrfan: İslam dəyərlərinə təhqir narahatlıq doğurur
Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan beynəlxalq proseslərlə bağlı geniş açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, “Xadimul hərəmeyn”, yəni iki müqəddəs məkanın – Kəbə və Peyğəmbər məscidinin xadimi olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin oğlu, ölkənin baş naziri və müdafiə naziri Məhəmməd bin Salmanın şərəf və ləyaqətinin dünya ictimaiyyəti qarşısında ABŞ prezidenti Donald Trump tərəfindən təhqir olunması dolayısı ilə İslamın müqəddəs dəyərlərinə qarşı hörmətsizliyin adiləşdirilməsinə hesablanıb.Dinşünas qeyd edib ki, ABŞ rəsmiləri zaman-zaman əsl hədəflərinin İslam olduğunu açıq şəkildə ifadə edirlər. O, Səddam Hüseynin Qurban bayramı günü edam olunmasını, eləcə də digər hadisələri İslam dünyasına yönəlmiş...
30 Mart 2026, 08:52
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
27 Mart 2026, 16:17