Bizə yazın

Baku

-°C

USD

-

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 

Cəmiyyət 30 Mart 2026, 13:33

923

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

CityPost.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir 

Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

01 Aprel 2026, 11:43

Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək 

Aprelin 15-də, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda bu şəhərdən, eləcə də Şirvan şəhəri, Hacıqabul, Cəlilabad, Salyan, və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.Citypost.az-a bu barədə Komitəyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

01 Aprel 2026, 11:36

Aprel ayına olan hava proqnozu açıqlanıb 

Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə...

01 Aprel 2026, 11:19

Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub 

Novruz və Ramazan bayramları (20-30 mart) ərəfəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.TƏBİB-dən Citypost.az verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, həmin gün müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı...

01 Aprel 2026, 11:05

Kəramət atasından YAZDI: Hər yerdən özün yıxıldın

Yazıçı Kəramət Böyükçöl atası Qəşəm Nəcəfzadənin doğum günü münasibətilə  paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə atası, əməkdar mədəniyyət işçisi, şair və yazıçı Qəşəm Nəcəfzadə ilə bağlı səmimi təbrik yazısı paylaşıb. O, “Hər yerdən özün yıxıldın, mən yıxılmağa yer qoymadın qala. Doğum günün mübarək olsun, gözəl atam” sözlərini qeyd edib.Məlumat üçün bildirək ki, bu gün Qəşəm Nəcəfzadə 69 yaşını qeyd edir. O, 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.Q.Nəcəfzadə 1981-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Uzun illər İmişli rayonunda müxtəlif orta məktəblərdə müəllim və rəhbər vəzifələrdə çalışıb.1999-cu ildə Bakı...

01 Aprel 2026, 10:55

Mahir Məmmədli:Bakının su altında qalmasının səbəbini bunda axtarmaq laxımdır.  

Əməkdar jurnalist Mahir Məmmədli Bakının su altında qalması ilə bağlı səbəblərindən yazıbCitypost.az xəbər verir ki,  Mahir Məmmədlinin yazdığına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, “Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır”.Onun sözlərinə görə, “əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır”.Zaur Mikayılov əlavə edib ki, “əksər yağış suyu kollektorlarının kanalizasiya...

01 Aprel 2026, 10:13