Qarabağ qazisi veteranlıq statusunu necə təsdiq etdirə bilər?
Hüquq 30 Mart 2026, 13:00
249
Tovuz döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş, lakin veteranlıq statusunu rəsmiləşdirə bilməyən vətəndaşların sayı az deyil.
Citypost.az xəbər verir ki, hüquq mütəxəssisləri bu məsələdə konkret addımlar atılmasını tövsiyə edir. Mütəxəssislərə görə, status almaq istəyən şəxs ilk növbədə tibbi komissiyadan keçməlidir. Bu, prosedurda mühüm ilkin addımdır.
Qeyd etmək lazımdır ki, vəsiqələr iki növdür — imtiyazlı və imtiyazsız. Əgər şəxsdə əlillik, yaxud hərbi xidmət zamanı alınmış zədə qeydə alınmayıbsa, imtiyazlı vəsiqə verilməkdən imtina edilə bilər. Lakin bu, prosesin tam bağlı olduğu anlamına gəlmir.
Mütəxəssislər vurğulayır ki, müharibə iştirakçılarının böyük əksəriyyətində — fiziki zədə olmasa belə — psixoloji travma mövcuddur. Döyüş şəraitinin özü ağır ruhi gərginlik mənbəyidir və bu amil tibbi-hüquqi baxımdan nəzərə alınmalıdır.
Bu kateqoriyadan olan vətəndaşlara tövsiyə olunur ki, əlillik məsələsi ilə məşğul olan müvafiq quruma müraciət etdikdən sonra növbəti addımları atsınlar. Əlavə məlumat və fərdi yönləndirmə üçün isə müraciət edənlər sosial media hesabının şəxsi mesaj bölməsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
63 yaşlı tək yaşayan vətəndaş sosial yardıma hüququ varmı?
Ölkəmizdə sosial müdafiə sistemindən xəbərsiz qalan vətəndaşların sayı az deyil. Hüquq mütəxəssisləri bu məsələdə aydınlıq gətirir.Citypost.az xəbər verir ki, mütəxəssislərə görə, 63 yaşlı, tək yaşayan və sabit gəliri olmayan vətəndaşın sosial yardım almaq hüququ vardır. Lakin yardımın verilməsində əsas meyar şəxsin yaşayış səviyyəsi və məişət şəraitidir.Qanunvericiliyə əsasən, ailə üzvü başına düşən gəlir müəyyən edilmiş minimum məişət həddindən — təxminən 250 manat — aşağı olarsa, həmin şəxs sosial yardıma layiq görülür. Məsələn, tək yaşayan qadının aylıq gəliri 150 manat təşkil edirsə, bu həddə uyğun gəlir və yardım almaq imkanı yaranır.Mütəxəssislər xüsusilə vurğulayır ki, pensiya yaşına çatmış, lakin məvacib almayan vətəndaşların böyük...
30 Mart 2026, 15:00
Xaricdə olan valideyndən alimenti necə almaq olar?
Boşanma və ya ayrılıq hallarında alimentin ödənilməməsi bir çox valideyn üçün ciddi sosial və hüquqi problemə çevrilir. Xüsusilə borclu tərəfin xaricdə olması vəziyyəti daha da çətinləşdirir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ilk növbədə alimentin rəsmi şəkildə təyin olunub-olunmadığı dəqiqləşdirilməlidir.Əgər alimentlə bağlı məhkəmə qərarı yoxdursa, vətəndaş məhkəməyə müraciət edərək alimentin təyin olunmasını tələb etməlidir.Əgər artıq məhkəmə qərarı mövcuddursa, növbəti addım həmin qərarın icrası üçün icra məmuruna müraciət etməkdir. Hər məhkəmə qərarının icrasına nəzarət edən icra orqanı olur və onların vəzifəsi qərarın yerinə yetirilməsini təmin etməkdir.Borclu şəxs xaricdə – məsələn, Rusiyada olduğu halda isə məsələ beynəlxalq hüquqi mexanizmlər vasitəsilə...
27 Mart 2026, 12:02
Paylı mülkiyyətdə olan evin satışı necə həyata keçirilir?
Vərəsəlik yolu ilə əmlak əldə edən vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də ortaq mülkiyyətin satışı və payın necə reallaşdırılmasıdır. Xüsusilə paylı mülkiyyətdə olan evlərin satışı hüquqi prosedur tələb edir.Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, əgər vətəndaş vərəsəlik yolu ilə əmlakın, məsələn evin ½ (iki bərabər paydan biri) hissəsinə sahib olub çıxarış əldə edibsə, bu zaman o, öz payını satmaq hüququna malikdir. Lakin bu hüquq müəyyən qaydalarla məhdudlaşdırılır.Belə ki, paylı mülkiyyətdə üstünlük hüququ (şəfa hüququ) mövcuddur. Yəni əmlakın digər pay sahibləri həmin payı almaqda birinci prioritetə sahibdirlər. Bu səbəbdən satmaq istəyən şəxs əvvəlcə öz payını rəsmi qaydada...
27 Mart 2026, 09:57
Süt pulu boşananda geri qaytarılır?
Son günlər sosial müzakirələrdə və ailə mübahisələri kontekstində “süt pulu” və ya toyqabağı verilən maddi hədiyyələrin boşanma zamanı geri tələb olunub-olunmaması məsələsi gündəmə gəlib. Xüsusilə “2 min manat süt pulu məhkəmə yolu ilə geri qaytarıla bilərmi?” sualı cəmiyyətdə maraq doğurur.Citypost.az xəbər verir ki, hüquqşünasların fikrincə, “süt pulu” adlandırılan ödəniş ənənəvi olaraq toy ərəfəsində gəlin tərəfinə verilən maddi və ya simvolik hədiyyə kimi qəbul edilir. Lakin bu anlayışın Azərbaycan qanunvericiliyində ayrıca hüquqi statusu yoxdur.Məsələyə hüquqi baxımdan yanaşıldıqda, əsas meyar həmin vəsaitin hədiyyə (bağışlama) kimi verilib-verilməməsidir. Əgər pul və ya digər maddi dəyər qarşı tərəfə hədiyyə kimi təqdim olunubsa, bu halda Mülki...
26 Mart 2026, 12:33
Ağızdan çıxan sözlər mənəvi zərərə səbəb ola bilər
Həyat yoldaşına hörmətsiz sözlər deyən şəxs artıq məsuliyyət daşıya bilərCitypost.az-ın məlumatına görə, həyat yoldaşına qarşı hörmətsiz davranış məsələn, “sən köksən, mən səni bəyənmirəm” və ya “sən kişi deyilsən” kimi ifadələr – artıq mənəvi zərərə səbəb ola bilər və hüquqi məsuliyyət yaradır.Əvvəllər belə hallar qanunla tənzimlənmirdi, lakin son qərarlara görə, əgər bu tip davranışlar varsa, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Bunun üçün isə subut və dəlillər toplanmalıdır. Məhkəmə yalnız möhkəm əsaslarla qərar qəbul edir, buna görə aşağıdakı sübutlar əhəmiyyətlidir:Psixoloq və ya mütəxəssis rəyi,Həkim kağızları və müalicə qeydləri,Həmin dövrdə qəbul edilən dərman preparatlarının qəbzləri,Video görüntülər, WhatsApp və digər yazışmalar.Bu dəlillər məhkəmədə təqdim...
25 Mart 2026, 12:16
İşsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır !– Hüquq nə deyir?
Artıq bir çox valideyn işsiz qaldıqda aliment ödəmək məsələsi ilə üzləşir. Bu, sosial şəbəkələrdə və məhkəmələrdə tez-tez müzakirə olunan mövzulardan biridir. Hüquqşünasların açıqlamasına görə, işsiz qalmaq aliment ödənişindən azad olmaq üçün əsas sayılmır.Citypost.az-ın məlumatına görə, hüquqşünaslar bildirir ki, aliment uşağın saxlanması və təminatı üçün müəyyən olunmuş puldur və valideyn işsiz olsa belə, bu məbləği ödəməlidir. “Uşaq hüquqları hər zaman üstün tutulur və dövlət tərəfindən qorunur. İşdən çıxmaq və ya müvəqqəti işsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır. Ödənilmədiyi halda isə müvafiq icra tədbirləri tətbiq olunur,” – deyə hüquqşünas qeyd edir.Qanuna əsasən, qarşı tərəf razılaşarsa və ya məhkəməyə müraciət olunarsa, alimentin ödənişi...
24 Mart 2026, 16:36