FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib
Dünya 31 Mart 2026, 11:16
284
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan və Novruz bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Həmçinin oxuyun
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran ABŞ-a aid iki MQ-9 dronunu vurduğunu iddia edib
İran son iki saat ərzində İsfahan səması üzərində ABŞ ordusuna aid iki MQ-9 dronunu vurduğunu açıqlayıb.CityPost.az xəbər verir ki, bu barədə “Press TV“ telekanalı məlumat yayıb."İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son iki saat ərzində İsfahan üzərində inkişaf etmiş hava hücumundan müdafiə sistemindən istifadə edərək ikinci MQ-9 dronunu vurduğunu iddia edib", - məlumatda deyilir.
31 Mart 2026, 08:56
İsrail ordusu “Hizbullah”la döyüşlərdə 4 hərbçisini itirib
Livanın cənubunda “Hizbullah”a qarşı döyüşlərdə İsrail ordusunun dörd hərbçisi həlak olub, 2-si isə yaralanıb.CityPost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, dünən yerli vaxtla saat 18:30 radələrində Livanın cənubunda İsrail ordusunun hərbi birləşmələri ilə “Hizbullah” silahlılarından ibarət bir dəstə arasında silahlı qarşıdurma yaşanıb. Yaxın məsafədən gedən bu döyüşdə 4 hərbçi həlak olun, ikisi isə yaralanıb.“Hizbullah” silahlılarının da çoxlu itki verdiyi bildirilir....
31 Mart 2026, 08:52
Qazaxıstanda 300 kq marixuana müsadirə edildi
Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.Modern.az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Jezkazgan - Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artıq olan 13 paket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib....
30 Mart 2026, 11:00
Bələdiyyə sədrinin baş müşaviri saxlanılıb
Antalyada bələdiyyəni hədəf alan rüşvət və korrupsiya istintaqı çərçivəsində yeni saxlanılma həyata keçirilib.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,hazırda həbsdə olan Antalya Böyükşəhər Bələdiyyə sədri Muhittin Böcekin baş müşaviri Cem Oğuz evində keçirilən əməliyyat zamanı saxlanılıb.İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqının əhatə dairəsinin genişləndirildiyi bildirilir. İstintaqın Antalya hissəsi üzrə də paralel əməliyyatların aparıldığı qeyd olunur.Məlumata görə, istintaq çərçivəsində daha əvvəl Muhittin Böcekin sürücüləri Aydın Günaydın və Özer Uygun, eləcə də onun yaxın çevrəsinə daxil olduğu iddia edilən Yasin Yellice də saxlanılıb.Turan...
30 Mart 2026, 10:19
Fransada "Paris Bank of America"ya qarşı hücumla bağlı daha iki şübhəli saxlanılıb
Fransada Bank of America ofislərinə hücum planı ilə bağlı iki nəfər həbs edilibCitypost.az "Reuters"ə istinadən verdiyi məlumata görə, Fransa hakimiyyəti Bank of America-nın Parisdəki ofislərinə qarşı planlaşdırıldığı iddia edilən hücumun qarşısının alınması ilə bağlı aparılan istintaq çərçivəsində daha iki şübhəlini həbs edib.Terrorizmə qarşı mübarizə prokurorluğunun məlumatına görə, “28 mart 2026-cı ildə Bank of America-ya qarşı törədilmiş cinayətlərlə bağlı başlanmış istintaq çərçivəsində dünən gecə daha iki nəfər polis nəzarətinə götürülüb”. Şənbə günü saxlanılan ilk şübhəlinin, yetkinlik yaşına çatmayan şəxsin isə həbs müddəti uzadılıb.Fransa qanunvericiliyinə əsasən, terrorla bağlı şübhəli şəxslər 96 saata qədər polis nəzarətində saxlanıla bilər və məhkəmə qərarı ilə bu...
30 Mart 2026, 10:15
İran və İsrail arasında qarşılıqlı raket hücumları davam edir
İran və İsrail arasında qarşılıqlı raket hücumları davam edirCitypost.az xəbər verir ki, İranın dövlət televiziyasının məlumatına görə, İran son bir neçə saat ərzində İsrail ərazisinə üçüncü raket zərbələrini endirib. Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.İsrail Müdafiə Qüvvələri (İMQ) isə Telegram hesabı vasitəsilə yaydığı açıqlamalarda İran tərəfindən həyata keçirilən raket hücumlarının qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin aktiv işlədiyini bildirib.İMQ həmçinin Tehrandakı müxtəlif hərbi infrastruktur obyektlərinə zərbələr endirildiyini açıqlayıb.Məlumatlara görə, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə buna cavab olaraq İsrailə, regiondakı enerji obyektlərinə və ABŞ hərbi bazalarına hücumlar həyata keçirib. Hazırda münaqişənin dayandırılması...
30 Mart 2026, 10:01