Bizə yazın

Baku

-°C

USD

-

Ayaqqabı geyinərkən başınız gicəllənir? Həkim RƏYİ

Tibb 30 Mart 2026, 12:44

272

Gündəlik həyatın adi bir anı — ayaqqabı geyinmək. Lakin bu sadə hərəkət zamanı başın aşağı salınması bəzi insanlarda qısa müddətli gicəllənməyə səbəb olur. Görünüşcə əhəmiyyətsiz sayılan bu simptom, əslində orqanizmin göndərdiyi vacib bir siqnal ola bilər.

Citypost.az xəbər verir ki, mütəxəssislərə görə, bu şikayətin ən çox rast gəlinən səbəbi ortostatik hipotenziyadır — yəni qan təzyiqinin ani düşməsi. Bu zaman beyinə qan axını zəifləyir və nəticədə qısa müddətli gicəllənmə yaranır.

Boyun osteoxondrozu olan xəstələrdə də bu tip şikayətlərə tez-tez rast gəlinir. Belə ki, boyun damarları və onurğa arteriyası sıxılır, bu da qısa müddətli gicəllənməyə səbəb olur. Bunlarla yanaşı, qan azlığı və qanda şəkərin düşməsi də oxşar simptomlara yol aça bilər.

Tibb mütəxəssisləri xəbərdarlıq edir: əgər bu şikayətlər uzun müddət davam edirsə, tez-tez təkrarlanırsa, eyni zamanda tarazlıq itkisi, görmə pozuntuları müşahidə olunursa — vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zehni aktiv oturaq fəaliyyətlər demensiya riskini azalda bilər

Zehni aktivliklə müşayiət olunan oturaq həyat tərzinin demensiyanın qarşısının alınmasında mühüm rol oynaya biləcəyi bildirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bütün oturaq fəaliyyətlər beyin sağlamlığına eyni təsir göstərmir.Araşdırmalar göstərir ki, kitab oxumaq, kompüterdə işləmək və ya müxtəlif məntiq tapşırıqları ilə məşğul olmaq kimi fəaliyyətlər – hərçənd fiziki baxımdan passiv hesab olunsa da – beyin funksiyalarının qorunmasına kömək edir və demensiya riskini azaldır. Əksinə, uzun müddət televiziya izləmək kimi passiv oturaq vərdişlər idrak qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir.Mütəxəssislər qeyd edir ki, burada əsas amil fəaliyyət zamanı beynin nə dərəcədə aktiv işləməsidir. Yəni, insan uzun müddət oturaq vəziyyətdə qalsa belə, əgər bu müddətdə...

30 Mart 2026, 13:45

Yaşlılıq və Parkinson xəstəliyi tarazlıq reaksiyalarını zəiflədir

Yaşlı insanlarda və Parkinson xəstəliyindən əziyyət çəkən şəxslərdə beynin və əzələlərin tarazlığın itirilməsinə reaksiyasının gənclərlə müqayisədə fərqli olduğu müəyyən edilib.Citypost.az-ın məlumatına görə, parılan təcrübələrdə gənc insanların qəfil tarazlıq itirməsi zamanı beyin kötüyü və əzələlərin sürətli avtomatik reaksiya verdiyi, daha güclü destabilizasiya hallarında isə beyin qabığının da prosesə qoşulduğu müşahidə olunub.Yeni araşdırmada isə yaşlı şəxslər və Parkinson xəstələri müqayisə edilib. Nəticələr göstərib ki, hətta kiçik tarazlıq pozuntularında belə bu qruplarda daha güclü beyin aktivliyi və artmış əzələ fəaliyyəti baş verir.Mütəxəssislərin qənaətinə görə, bu vəziyyət tarazlığın bərpası üçün daha çox enerji və daha intensiv beyin fəaliyyəti tələb edir ki, bu da ümumi...

27 Mart 2026, 14:53

Qoz tullantılarında güclü antioksidant potensial aşkar edilib

Qoz tullantılarının hüceyrələri iltihabdan qoruma potensialı olduğu müəyyən edilibCitypost.az xəbər verir ki, qozun qabığı və yaşıl xarici örtüyündə hüceyrələri iltihab və zədələnmədən qorumağa kömək edə bilən güclü antioksidantların – fenolik birləşmələr və karotenoidlərin mövcud olduğu müəyyən edilib.Araşdırmalara əsasən, qozun müxtəlif hissələrinin – ləpə, qabıq və yaşıl örtüyünün kimyəvi tərkibi analiz edilib. Nəticələr göstərib ki, bioaktiv maddələrin əhəmiyyətli hissəsi yalnız yeyilən hissədə deyil, adətən tullantı kimi atılan komponentlərdə də mövcuddur.Xüsusilə qoz qabığının ellag turşusu və katexinlər kimi fenolik birləşmələrlə zəngin olduğu aşkarlanıb. Bu maddələr güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilir, eyni zamanda sinir hüceyrələrinin müdafiə funksiyalarını gücləndirə bilir.Yetişməmiş qozun yaşıl...

27 Mart 2026, 11:43

Körpələrə 6 aydan sonra hansı qidalar verilə bilər?  

Son vaxtlar sosial şəbəkələrdə körpələrin qidalanması ilə bağlı müxtəlif iddialar və tövsiyələr yayılır. Xüsusilə 6 aydan yuxarı körpələrə hansı qidaların verilib-verilməməsi mövzusunda valideynlər arasında yanlış və yarımçıq məlumatlar geniş müzakirə olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, körpələrdə əlavə qidaya keçid adətən 6 aylıq dövrdən sonra başlayır. Bu mərhələdə əsas məqsəd ana südünü tam əvəz etmək deyil, tədricən tamamlayıcı qidalarla orqanizmi yeni qidalara uyğunlaşdırmaqdır.Qidalarla bağlı tibbi yanaşmaKök (yer kökü)Pediatrların tövsiyəsinə görə, kök 6 aydan sonra püresi formasında verilə bilər. O, beta-karotinlə zəngindir və orqanizmdə A vitamininə çevrilir. Lakin bu, “immuniteti yüksəldən möcüzə qida” kimi deyil, balanslı qidalanmanın bir hissəsi kimi qiymətləndirilməlidir.Qırmızı...

26 Mart 2026, 12:35

Şirniyyat mədədə yanma yaradır – səbəbləri və qarşısını alma yolları  

Mədə yanması, yəni sinədə və ya boğaza doğru yayılan yandırıcı his, çox insanın qarşılaşdığı yayılmış bir problemdir. Əsas səbəb isə gastroezofageal reflüks adlanan vəziyyətdir. Sadə dildə desək, mədədəki turşu qida borusuna qalxır və orada yanma hissi yaradır, çünki qida borusu mədə kimi turşuya dözümlü deyil.Citypost.az xəbər verir ki, bu problem çox vaxt yeməkdən sonra özünü göstərir, xüsusilə şirniyyat qəbul etdikdə. Bunun səbəbləri isə bir neçə faktorda gizlənir:Şirniyyat, xüsusilə şokolad və kremli məhsullar, mədə ilə qida borusu arasındakı qapağı zəiflədərək turşunun yuxarı qalxmasını asanlaşdırır.Tərkibindəki yüksək şəkər mədədə turşu ifrazını artırır.Şokoladda olan maddələr, məsələn kafeinə bənzər təsirlər reflüksü gücləndirir.Ağır və çox şirin...

25 Mart 2026, 12:03

Yatmazdan əvvəl isti vanna yuxu keyfiyyətini artırır  

Mütəxəssislərin qənaətinə görə, yatmazdan əvvəl qəbul edilən isti vanna xüsusilə yaşlı insanlarda yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Aparılan müşahidələr göstərir ki, bu sadə axşam vərdişi daha dərin yuxuya getməyə, gecə oyanmalarının azalmasına və yuxusuzluq şikayətlərinin minimuma enməsinə səbəb olur.Citypost.az xəbər verir ki, araşdırmada iştirak edən şəxslər arasında mütəmadi olaraq yatmazdan əvvəl vanna qəbul edənlərdə yuxu göstəricilərinin daha stabil olduğu müşahidə edilib. Eyni nəticə adi duş qəbul edənlərdə qeydə alınmayıb.Mütəxəssislər bildirirlər ki, vannanın optimal effekti üçün müəyyən şərtlərə əməl olunmalıdır. Belə ki, vanna müddəti 18 dəqiqəni keçməməli, suyun temperaturu isə 41,7 dərəcədən yuxarı olmamalıdır. Xüsusilə soyuq fəsillərdə bu vərdişin təsiri...

25 Mart 2026, 10:16