Bizə yazın

Baku

-°C

USD

-

Sabah  bu kəndlərdə işıq olmayacaq 

Cəmiyyət 31 Mart 2026, 16:54

255

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.

Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu səbəbdən Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd (Sirab zavod), Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq. Həmin xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd (Sirab zavod), Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 31 müraciət daxil olub 

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-30 mart tarixlərində) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.Bu barədə Citypost.az-a məlumat verilib.Qeyd olunub ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar....

31 Mart 2026, 17:03

Ağdamda əmək yarmarkası keçiriləcək 

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək."Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

31 Mart 2026, 16:39

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

31 Mart 2026, 16:38

Nazim Bəydəmirlinin xanımı Prezidentə müraciət etdi 

Hazırda həbsdə olan keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirlinin ailəsi onun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.“Qafqazinfo” xəbər verir ki, N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli yaydığı müraciətdə ərinin səhhətində problemlərin olduğunu bildirib.O, bir neçə gün əvvəl N.Bəydəmirlinin cəza çəkdiyi müəssisədə səhhətinin pisləşdiyini əlavə edib: “Nazim Bəydəmirli 3 ilə yaxındır həbs həyatı yaşayır. Bir neçə gün bundan öncə həbsxanada vəziyyəti pisləşib, 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi zamanında təcili yardım çağırmasaydı, (acil müdaxilə edib oksigen aparatı qoşulub) yəqin ki, bu gün Nazim həyatda olmazdı”.Fəridə Bəydəmirli əlavə edib ki, həyat yoldaşı hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir, onun daha geniş imkanları...

31 Mart 2026, 16:36

Bayram günlərində yollarda baş verən qəzaların sayı açıqlandı

Ramazan və Novruz bayramları ilə əlaqədar 11 gün qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.Citypost.az-a "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.Baş Dövlət...

31 Mart 2026, 16:16

Rasim Balayevin yerinə təyinatın nə vaxt olacaq? AKİ açıqladı

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.Qeyd edilib ki, o vaxta kimi təşkilati məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədr Ümumi qurultayda seçiləcək”.Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.Qeyd edək ki, o, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi dünən Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri...

31 Mart 2026, 16:12