Bizə yazın

Baku

-°C

USD

-

Hicran Hüseynova akademik Cəmil Əliyevdən YAZDI

Cəmiyyət 31 Mart 2026, 12:25

227

Azərbaycan xalqının ötən əsr ərzində qazandığı ən mühüm tarixi nailiyyətlərdən biri müxtəlif elm sahələrində əldə olunmuş sürətli inkişaf, eləcə də güclü və nüfuzlu alimlər nəslinin formalaşmasıdır. Hələ XIX əsrin sonlarından etibarən milli maarifçilərimizin və ilk elm xadimlərimizin əsasını qoyduğu ənənələr zaman keçdikcə daha da zənginləşmiş, müasir Azərbaycanın elmi potensialının formalaşmasına möhkəm zəmin yaratmışdır. Bu baxımdan tibb elmi də istisna olmamış, ölkəmiz həm daxildə, həm də beynəlxalq miqyasda böyük nüfuza malik görkəmli alimlər yetişdirmişdir.

Bu görkəmli şəxsiyyətlər sırasında Azərbaycan onkologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Cəmil Əliyev xüsusi yer tutur. Onun çoxşaxəli fəaliyyəti, zəngin elmi irsi və səhiyyə sahəsindəki əvəzsiz xidmətləri onu yalnız ölkə daxilində deyil, dünya elmi ictimaiyyətində də tanınan nüfuzlu alimlərdən birinə çevirmişdir.

Onkologiya elminin ölkəmizdə əsasən XX əsrin ikinci yarısından formalaşaraq inkişaf etməsi bu sahədə çalışan alimlər qarşısında böyük məsuliyyət və eyni zamanda geniş imkanlar açmışdır. Məhz belə bir dövrdə elmə gələn gənc tədqiqatçıların əzmkarlığı, fədakarlığı və elmə olan sonsuz sevgisi nəticəsində bu sahə qısa müddət ərzində dinamik inkişaf yolu keçmiş, müasir dünya standartları səviyyəsinə yüksəlmişdir. Həmin alimlər nəslinin ən parlaq nümayəndələrindən biri kimi Cəmil Əliyev öz fəaliyyəti ilə Azərbaycan onkologiya məktəbinin formalaşmasına və möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Akademik Cəmil Əliyev uzun illər ərzində tibb elminin müxtəlif istiqamətləri üzrə apardığı fundamental və tətbiqi tədqiqatlarla mühüm elmi nəticələr əldə etmiş, onkologiya sahəsində yeni yanaşmaların və müalicə üsullarının tətbiqinə öncüllük etmişdir. Onun rəhbərliyi ilə formalaşmış elmi məktəb bu gün də uğurla fəaliyyət göstərir, yetirmələri isə həm Azərbaycanda, həm də xarici ölkələrdə elmin inkişafına öz töhfələrini verirlər. Bu isə alimin fəaliyyətinin davamlı və sistemli xarakter daşıdığını bir daha təsdiq edir.

Cəmil Əliyevin həyat yolu bir daha sübut edir ki, bəzi insanların ömrü sadəcə yaşanan illərin cəmi deyil, bütöv bir sahənin tarixidir. Onun çoxillik fəaliyyəti, qazandığı nailiyyətlər və yetişdirdiyi yüksək ixtisaslı kadrlar Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuşdur. O, yalnız alim kimi deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri, xeyirxahlığı, işgüzarlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi ziyalıdır.

Bu gün Azərbaycan Respublikasında səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, tibb infrastrukturunun müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunmasına yönəlmiş ardıcıl tədbirlər ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət çərçivəsində akademik Cəmil Əliyev də öz bilik və təcrübəsi ilə bu proseslərə mühüm töhfələr verməkdə davam edir. Eyni zamanda, Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi layihələrə göstərdiyi dəstək onun ictimai fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Akademik Cəmil Əliyevin xidmətləri dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının “Şərəf” və “Şöhrət” ordenlərinə, “Səhiyyə əlaçısı” döş nişanına layiq görülmüş, “Əməkdar elm xadimi” fəxri adına sahib olmuşdur. Bununla yanaşı, onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmiş, nüfuzlu elmi qurumların üzvlüyünə qəbul olunmuş, müxtəlif orden və mükafatlarla təltif edilmişdir. Bu mükafatlar onun elmi fəaliyyətinin geniş coğrafiyada tanındığını və yüksək dəyərləndirildiyini göstərir.

Bu il isə cənab Prezident İlham Əliyev tərəfindən akademik Cəmil Əliyevin “İstiqlal” ordeni ilə təltif olunması onun çoxillik səmərəli fəaliyyətinə verilən ən yüksək qiymətlərdən biridir. Bu ali mükafat alimin ölkəmizdə tibb elminin və səhiyyə sisteminin inkişafına verdiyi töhfələrin dövlət səviyyəsində tanınmasının bariz ifadəsidir.

Həkimlik peşəsi hər zaman insan həyatına və sağlamlığına xidmət edən ən müqəddəs peşələrdən biri hesab olunmuşdur. Bu peşənin daşıyıcıları geniş ürəkli, yüksək mənəviyyata malik, məsuliyyətli və fədakar insanlar olmalıdır. Akademik Cəmil Əliyev öz fəaliyyəti ilə bu yüksək keyfiyyətləri özündə birləşdirərək həkim və alim obrazını ən ali səviyyədə təcəssüm etdirən şəxsiyyətlərdən biridir.

Bu gün akademik Cəmil Əliyev kimi ziyalıların fəaliyyəti Azərbaycan elminin inkişafında mühüm rol oynamaqla yanaşı, gənc nəsil üçün də əsl örnəkdir. Onun həyat yolu, elmi nailiyyətləri və insani keyfiyyətləri gələcək nəsillərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Akademik Cəmil Əliyevi 80 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Onun zəngin həyat yolu və elmi irsi Azərbaycan tibb elminin inkişafında bundan sonra da mühüm rol oynayacaqdır.

Hicran Hüseynova
Azərbaycan Milli Məclisinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq gedir 

Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Müraciət üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi...

31 Mart 2026, 13:50

Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək 

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmana əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 700 manat müəyyən olunub.Müəyyən edilib ki, bu Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:minatəmizləmə...

31 Mart 2026, 12:42

Ordubadda qaya uçqunu olub 

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb."Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.Qaya parçaları qısa müddətdə dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.

31 Mart 2026, 12:24

İrandan Azərbaycana indiyədək 3146 nəfər təxliyə edilib 

Fevralın 28-i saat 08:00-dan martın 31-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3146 nəfər təxliyə edilib.APA xəbər verir ki, təxliyə olunanların 551 nəfəri Azərbaycan vətəndaşıdır.

31 Mart 2026, 12:06

Şəmil Sadiqdən AJet-ə sərt tənqid

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “AJet” hava yolları şirkəti ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, Ş.Sadiq bildirib ki, AJet çox aşağı səviyyədə xidmət göstərir və şirkətin əməkdaşlarında müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı yoxdur. Onun sözlərinə görə, nə ünsiyyət, nə də xidmət mədəniyyəti tələb olunan səviyyədədir.Şəmil Sadiq qeyd edib ki, şirkətdə tətbiq edilən elektron qeydiyyat sistemi tez-tez texniki problemlər yaradır və bu da sərnişinlərin gecikməsinə səbəb olur. O, yaşadığı vəziyyəti misal gətirərək bildirib ki, yaranan problemə görə gecikmə baş verib və buna baxmayaraq sərnişinlər “uçuşa 59 dəqiqə qaldığı üçün qeydiyyat bağlandı”...

31 Mart 2026, 11:49

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.  

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunub.“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, - paylaşımda deyilir.

31 Mart 2026, 11:15