Nadir Azəri: Mart soyqırımında iştirak etmiş bolşeviklər barədə də hüquqi müstəvidə qərar qəbul edilməlidir
Siyasət 31 Mart 2026, 12:56
284
“Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu azadlıq, müstəqillik və milli varlıq uğrunda mübarizə aparan xalqlar zaman-zaman soyqırımlarına, işğallara və faciələrə məruz qalıblar. Azərbaycan xalqı isə bu baxımdan daha çox əziyyət görüb, daha çox faciələrlə üzləşib. Tarixin demək olar ki, bütün mərhələlərində soyqırımlarına və hücumlara məruz qalmışıq. Lakin buna baxmayaraq, xalqımız hər zaman öz birliyi və mübarizliyi sayəsində düşmənlərə qarşı dirəniş göstərib”.
Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
N.Azəri bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların böyük əksəriyyətinin arxasında, ermənilərin vəhşiliyi ilə yanaşı, adı və forması dəyişsə də, imperiya xisləti də dayanır: “Xüsusilə 31 mart soyqırımına diqqət yetirdikdə biz bunun şahidi oluruq. Danılmaz həqiqət budur ki, bu qırğınlar təkcə erməni daşnak silahlı dəstələri tərəfindən deyil, eyni zamanda bolşevik qüvvələri tərəfindən də törədilib. Həmin dövrdə bolşeviklərin əsas məqsədi müstəqilliyə can atan Azərbaycan xalqını qorxutmaq, onun azadlıq iradəsini sarsıtmaq idi.
Qeyd edim ki, bu, tarixdə digər hadisələrlə də öz təsdiqini tapır. Məsələn, 1990-cı il 20 Yanvar faciəsi zamanı Sovet imperiyası xalqımızın azadlıq arzusunu boğmaq üçün cinayətə əl atdı. Lakin bütün bu cəhdlər əks nəticə verdi. Həm 31 mart hadisələri, həm də sonrakı faciələr göstərdi ki, Azərbaycan xalqının mübarizə ruhunu sındırmaq mümkün deyil”.
Siyasi şərhçi bu sadalananlar fonunda maraqlı bir təklif də səsləndirib: “Bütün bunların fonunda hesab edirəm ki, xalqımıza qarşı törədilmiş bu cinayətlərə görə təkcə birbaşa iştirak edənlər deyil, həm də bu cinayətləri təşkil edən, dəstəkləyən və yönləndirən xarici qüvvələr, imperiya dairələri də hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi hüquqi qərarların qəbul olunmasına ehtiyac var.
Eyni zamanda, 1918-ci ilin mart soyqırımında iştirak etmiş bolşevik qüvvələrinin də bu cinayətlərə görə hüquqi qiymət almasının vaxtı artıq çatıb. Onlar həyatda olmasalar belə, o cinayətə beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir ki, həm gələcəl nəsillər də dostumuzun kim, düşmənimizin kim olduğunu bilsin, həm də gələcəkdə belə hallar təkrarlanmasın”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rza Xudiyev: 31 Mart xalqımıza qarşı törədilmiş qanlı faciədir
Azərbaycanın xalq artisti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı Rza Xudiyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bağlı verib.Citypost.az xəbər verir ki, O bildirib ki, 1918-ci ilin mart-aprel aylarında erməni silahlı birləşmələri və bolşevik hücum nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər sahələrdə azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törədilib. günahsız insan – qadınlar, uşaqlar və qocalar qətlə yetirilib, yaşayış məntəqələri və tarixi abidələr məhv edilib.Rza Xudiyev qeyd edib ki, bu soyqırımı yalnız insanlara qarşı deyil, həm də xalqın milli kimliyinə və mədəni irsinə qarşı yönəlmiş ağır cinayətdir. Onun sözlərinə görə, Quba bölgəsində aşkar edilən kütləvi məzarlıqlar...
31 Mart 2026, 12:10
Mehriban Vəliyeva: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi unudulmaz tarixdir
Milli Məclisin deputatı Mehriban Vəliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.Citypost.azDeputat bildirib ki, bu tarix xalqımıza qarşı törədilmiş ağır cinayətlərin, soyqırımı və deportasiya siyasətinin acı nəticələrinin yaddaşlarda əbədiləşdiyi gündür. Onun sözlərinə görə, günahsız insanların qətlə yetirildiyi, dinc əhalinin amansızlıqla məhv edildiyi bu faciələr heç vaxt unudulmayacaq.Qeyd olunub ki, bu gün həm keçmişin xatırlanması, həm də tarixdən dərs alınaraq milli birliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Mehriban Vəliyeva soyqırımı qurbanlarının xatirəsinin dərin ehtiramla yad edildiyini vurğulayıb və onların əziz xatirəsi qarşısında baş əydiyini bildirib. O, sonda “Allah bütün şəhidlərimizə rəhmət eləsin” sözlərini əlavə edib.Turan...
31 Mart 2026, 11:34
Nigar Sabirqızı: Türkiyə müharibəyə cəlb olunmamaq üçün təmkinli siyasət yürüdür
Aparıcı və jurnalist Nigar Sabirqızı bölgədə artan gərginlik fonunda Türkiyənin mövqeyini şərh edib.Citypost.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Türkiyə regionda və İslam dünyasında İranın ən böyük rəqiblərindən biridir və Tehran hazırkı vəziyyətdə Ankaranın proseslərdən kənarda qalmasını istəmir. Jurnalist hesab edir ki, İran “mən yanıramsa, hamı yansın” prinsipi ilə hərəkət edərək Türkiyəni də müharibəyə cəlb etməyə çalışa bilər.Qeyd edilir ki, İrandan Türkiyə ərazisinə atılan raketlərin məqsədi də məhz Ankaranı qarşıdurmaya təhrik etməkdir. Eyni zamanda, İsrailin də Türkiyəni bölgədə arzuolunmaz güc kimi gördüyü və onun bu xaosun içində olmasında maraqlı ola biləcəyi vurğulanır.Bununla belə, Ankara emosional deyil, təmkinli siyasət yürüdür. Türkiyənin...
31 Mart 2026, 10:21
SEPAH ikinci İŞİD ola bilər - Xəqani Cəfərlidən AÇIQLAMA
İranda hakimiyyət dəyişikliyinin baş verdiyi haqqında ABŞ Prezidenti Donald Trampın açıqlaması həqiqətdən tam uzaq deyil. Müşahidəçilərin böyük əksəriyyəti İranda hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçdiyi qənaətindədirlər. İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra onun yerinə oğlu Müctəba Xameneinin, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra onun yerinə Məhəmməd-Baqir Zolqədr təyin edilməsi SEPAH-ın iradəsi ilə gerçəkləşib. Xalq tərəfindən seçilmiş yeganə İran rəsmisi olan Prezident Məsud Pezeşkianla SEPAH komandiri Əhməd Vahidi arasında mübahisənin ikincinin qələbəsi ilə başa çatması hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinin əlinə keçməsini təsdiq edən növbəti dəlildir.Citypost.az xəbər verir ki, bu sözləri ekspert Xəqani Cəfərli...
31 Mart 2026, 10:02
Ekspert: İranın hərbi əməliyyatlara hazırlaşması gərginliyi artırır
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bölgədə gərginliyin artdığını və hərbi əməliyyatların yeni mərhələyə keçə biləcəyini bildirib.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, İranın Xarq adası və Hörmüz boğazı istiqamətində təxminən 50 min nəfərlik qüvvə ilə hərbi əməliyyatlara başlaması gözlənilir. Ekspert qeyd edir ki, bu əməliyyatların başlanması müharibənin ikinci mərhələsi kimi qiymətləndirilə bilər. Üçüncü mərhələdə isə ya rejimin təslim olması, ya da hərbi müdaxilə nəticəsində süqutu ehtimal olunur.M. Əsədullazadə bildirib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 15 maddəlik təklif İran tərəfindən qəbul edilsəydi, tərəflər müəyyən mənada qazanc əldə edə bilərdi. Lakin hazırkı vəziyyətdə bu imkan reallaşmayıb.Ekspertin...
31 Mart 2026, 08:15
Əliməmməd Nuriyev: ABŞ, İsrail və İran — qlobal qarşıdurmanın mahiyyəti
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev beynəlxalq proseslərlə bağlı analitik məqalə ilə çıxış edib.Citypost.az xəbər verir ki, məqalədə ABŞ, İsrail və İran arasında baş verən gərginlik “mənalar savaşı” kontekstində şərh olunub. Müəllif qeyd edir ki, mövcud qarşıdurma yalnız geosiyasi maraqlar deyil, eyni zamanda fərqli “tarix ritmlərinin” toqquşması kimi qiymətləndirilə bilər.Yazıda bildirilir ki, Donald Trump administrasiyası dövründən başlayaraq ABŞ-ın region siyasəti nizamı qoruma refleksi ilə xarakterizə olunur, İsrail üçün əsas prioritet təhlükəsizlik, İran üçün isə müqavimət və regional təsir iddiasıdır.Müəllifin fikrincə, tərəflərin hər biri fərqli ideoloji və tarixi yanaşma ilə hərəkət etdiyindən ortaq siyasi həll imkanları...
30 Mart 2026, 09:33