Bizə yazın

Baku

-°C

USD

-

Boşanma zamanı əmlak və aliment tələbləri necə müəyyən olunur?  

Hüquq 31 Mart 2026, 12:51

1816

Boşanma prosesləri zamanı tərəflər arasında həm əmlak bölgüsü, həm də aliment öhdəlikləri ilə bağlı yaranan mübahisələr hüquqi qaydalarla həll olunur.

Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, nikah dövründə birgə əldə edilən əşyalar və əmlak ümumi mülkiyyət hesab olunur və boşanma zamanı bərabər qaydada bölünməlidir.

Qeyd olunur ki, tərəflərdən biri evdən çıxarkən birgə nikah dövründə alınmış məişət əşyalarını özü ilə aparırsa, bu halda digər tərəf həmin əşyaların dəyərinin yarısını tələb etmək hüququna malikdir. Çünki qanunvericiliyə əsasən, bölünməsi mümkün olmayan əşyalar naturada deyil, onların bazar dəyəri üzrə kompensasiya edilir.

Eyni zamanda aliment məsələsi də məhkəmə qərarı ilə müəyyən olunur. Mütəxəssislərin sözlərinə görə, aliment təkcə rəsmi əməkhaqqı deyil, həm də əlavə gəlirlər — bonuslar, mükafatlar, 13-cü maaş və digər rəsmi ödənişlər nəzərə alınmaqla hesablanır. Məhkəmə bu gəlirlərin mövcudluğunu təsdiqlədiyi halda, icra orqanları müvafiq qaydada aliment tutulmasını təmin edir.

Hüquqşünaslar bildirirlər ki, tərəflər arasındakı bütün mübahisələr yalnız məhkəmə qaydasında araşdırılır və hər bir halda əsas meyar nikah dövründə əldə olunan əmlakın və gəlirlərin hüquqi statusudur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Etibarnamə verən şəxs vəfat edərsə, əmlakı rəsmiləşdirmək mümkündürmü?   

Bir çox vətəndaş avtomobil, ev və ya digər əmlakları etibarnamə əsasında idarə edir və uzun illər həmin əmlakdan istifadə edir. Lakin ən ciddi problemlərdən biri etibarnamə verən şəxsin vəfat etməsi zamanı ortaya çıxır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, etibarnaməni verən şəxs öldüyü andan etibarən həmin etibarnamə hüquqi qüvvəsini itirir. Yəni, artıq həmin sənədlə hər hansı əmlakı öz adınıza keçirmək mümkün olmur.Mütəxəssislərin sözlərinə görə, bir çox insan düşünür ki, illər əvvəl verilmiş etibarnamə ilə istənilən vaxt əmlakı rəsmiləşdirə bilər. Halbuki qanunvericiliyə əsasən, etibarnamə yalnız onu verən şəxs sağ olduğu müddətdə qüvvədə qalır.Hüquqşünaslar qeyd edirlər ki, etibarnamə verən şəxs vəfat etdikdən...

25 May 2026, 10:43

Sığorta ödənişi gecikdirilirsə, vətəndaş nə edə bilər?   

Bir çox vətəndaş sığorta hadisəsi baş verdikdən sonra ən çox ödənişlərin gecikdirilməsi problemi ilə qarşılaşır. Xüsusilə avtomobil qəzaları, əmlak zərərləri və digər sığorta hadisələri zamanı şirkətlərin prosesi uzatması narazılıq yaradır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşlar bu məsələdə öz hüquqlarını bilməlidirlər. Çünki qanunvericiliyə əsasən sığorta şirkətlərinin ödəniş etməsi üçün müəyyən edilmiş konkret müddət mövcuddur.Mütəxəssislər bildirirlər ki, tələb olunan bütün sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra sığorta ödənişi ən geci 7 iş günü ərzində həyata keçirilməlidir.Hüquqşünasların sözlərinə görə, əgər bu müddət keçirsə və ödəniş edilmirsə, artıq vətəndaşın əlavə kompensasiya tələb etmək hüququ yaranır:“Qanunvericiliyə əsasən, sığorta şirkəti ödənişi gecikdirərsə, vətəndaş gecikdirilən...

25 May 2026, 09:45

Sınaq müddəti ilə bağlı vacib hüquqlar – İşçilər bunları bilməlidir  

Azərbaycanda əmək münasibətlərində işçilərin hüquqlarının qorunması məqsədilə sınaq müddəti qanunvericiliklə konkret şəkildə tənzimlənir. Bir çox hallarda işəgötürənlər sınaq müddətini qanundan artıq müəyyən edir və ya əmək müqaviləsində göstərilmədən sonradan tətbiq etməyə çalışırlar. Halbuki bu, qanun pozuntusu hesab olunur.Citypost.az xəbər verir ki, əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsində sınaq müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə və yazılı şəkildə göstərildiyi halda tətbiq edilə bilər.Hüquqşünasların sözlərinə görə, əgər əmək müqaviləsi 6 ay müddətinə bağlanırsa, bu zaman sınaq müddəti maksimum 2 həftə ola bilər. Daha uzun sınaq müddətinin müəyyən edilməsi qanunvericiliyə zidd sayılır.Digər hallarda, yəni müddətsiz və ya daha uzun müddətə bağlanmış əmək müqavilələri üzrə...

25 May 2026, 08:46

“Ər vəfat edəndə ev avtomatik arvada qalır” fikri doğrudurmu?   

Cəmiyyətdə geniş yayılan fikirlərdən biri də ər vəfat etdikdən sonra bütün əmlakın avtomatik şəkildə həyat yoldaşına qalması ilə bağlıdır. Hüquqşünaslar isə bildirirlər ki, bu fikir tamamilə doğru deyil və qanunvericilikdə miras bölgüsü fərqli qaydada tənzimlənir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən birinci növbəli vərəsələrə mərhumun valideynləri, həyat yoldaşı və övladları daxildir. Yəni miras təkcə həyat yoldaşına deyil, digər qanuni vərəsələrə də aid hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, mərhumun əvvəlki nikahdan olan uşaqları da digər övladlar kimi eyni hüquqa malikdirlər. Hətta həmin övladlar başqa ölkədə yaşasalar və ya illərlə əlaqə saxlamasalar belə, qanun qarşısında onların vərəsəlik hüququ qüvvədə...

22 May 2026, 10:54

Ev alqı-satqısında beh necə verilməlidir?   

 Daşınmaz əmlak alqı-satqısı zamanı insanların ən çox etdiyi səhvlərdən biri də behi rəsmi qaydada deyil, sadəcə bank kartına köçürməklə vermələridir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu cür hallarda sonradan ciddi problemlər yarana bilər.Mütəxəssislərin sözlərinə görə, ev almaq və ya satmaq barədə qərar qəti olduqda behin mütləq notarial qaydada rəsmiləşdirilməsi vacibdir. Çünki beh həm alıcının, həm də satıcının sövdələşməyə ciddi yanaşdığını hüquqi baxımdan təsdiq edən vasitə hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən daşınmaz əmlakla bağlı verilən beh notarial qaydada təsdiq olunmalıdır.Mütəxəssislər bildirirlər ki, bir çox vətəndaş “kartdan göndərmişəm, sübut var” düşüncəsi ilə rahat davranır....

22 May 2026, 09:57

Azərbaycan nefti yenə bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki,hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,85 ABŞ dolları və ya 1,68 % artaraq 111,82 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə...

22 May 2026, 09:48