Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar
Dünya 31 Mart 2026, 14:45
210
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Bu barədə "Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
Həmçinin oxuyun
"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp: İran məhv olub, işin çətin hissəsi yerinə yetirilib
İran həqiqətən də məhv olub.APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.“İşin çətin hissəsi yerinə yetirilib”, - Tramp qeyd edib.
31 Mart 2026, 15:30
Bu hava limanı Trampın adını daşıyacaq
ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis Donald Trumpın şərəfinə Palm Biç Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini imzalayıb.Modern.az xəbər verir ki, sənədə əsasən, hava limanının adı müvafiq prosedurlar tamamlandıqdan sonra “Prezident Donald J. Tramp Beynəlxalq Hava Limanı” olaraq dəyişdiriləcək.Qərarın qüvvəyə minməsi üçün Federal Aviation Administration tərəfindən təsdiq verilməlidir. Bundan əlavə, dəyişiklik yerli idarəetmə qurumları ilə razılaşdırıldıqdan sonra rəsmi xarakter alacaq.Bu addım ABŞ-da siyasi simvolların və keçmiş prezidentlərin adlarının ictimai obyektlərə verilməsi ənənəsinin davamı kimi qiymətləndirilir. Eyni zamanda, qərarın ölkə daxilində müxtəlif reaksiyalara səbəb ola biləcəyi də istisna edilmir....
31 Mart 2026, 14:12
Kir Starmer Londonda Əhməd əş-Şəraanı qəbul edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa turnesi çərçivəsində Londona gedən Suriya Prezidenti Əhməd əş-Şəraanı qəbul edib."Report" xəbər verir ki, bu barədə "Ashaq news" məlumat yayıb.Suriya Prezidenti səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf yollarını və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Britaniyanın yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşəcək.
31 Mart 2026, 13:33
Pezeşkyan müharibə zamanı İrana verdiyi dəstəyə görə İraqa təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə münaqişə zamanı İslam Respublikasına göstərilən dəstəyə görə İraq xalqına və hökumətinə təşəkkür edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,Prezident bu barədə X sosial şəbəkəsində paylaşım edib. O, İraq xalqının mövqeyini “ədalətsiz müharibə” fonunda İranı cəsarətlə dəstəkləmək kimi qiymətləndirib.Pezeşkian bildirib ki, bu dəstək yalnız coğrafi yaxınlıqla deyil, tarixi bağlılıq, ortaq kimlik və dini dəyərlərlə əlaqəlidir.Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və Tehranın raket və nüvə proqramı ilə bağlı ittihamlar regionda gərginliyi artırıb. İran isə ittihamları rədd edərək bölgədəki ABŞ hərbi bazaları və bəzi infrastrukturlara cavab zərbələri endirdiyini açıqlayıb.Turan...
31 Mart 2026, 13:20
İsrail Livanın cənubuna yeni hücumlar həyata keçirib
İsrail qüvvələri 31 martda Livanın cənubundakı bir sıra ərazilərə zərbələr endirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.Agentlik İsrail ordusunun Livanda Zəhran çayının cənubundakı sakinlərə evlərini tərk etmələri ilə bağlı təcili xəbərdarlıq etdiyini bildirir.Hizbullah da öz növbəsində Livan-İsrail sərhədindəki Misqav Am yaşayış məntəqəsindəki İsrail hərbi nəzarət məntəqəsini və Maalot Tarşiha yaşayış məntəqəsindəki hava hücumundan müdafiə sistemini hədəf aldığını açıqladı.İsrail Müdafiə Qüvvələri həmçinin 30 martda Livanın cənubunda baş verən döyüşlər zamanı dörd İsrail əsgərinin öldüyünü və ikisinin yaralandığını bildirib.Livan Səhiyyə Nazirliyinin 30 mart tarixli məlumatlarına görə, 2 martdan bəri ölkədə İsrailin hücumları nəticəsində ölənlərin...
31 Mart 2026, 13:16
Polşa “Patriot” sistemlərinin Yaxın Şərqə köçürülməsi planını təkzib edib
Polşa Yaxın Şərqdə “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı planların olmadığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, “Patriot” batareyaları hazırda Polşa hava məkanının və NATO-nun şərq cinahının müdafiəsi üçün istifadə olunur və bu vəziyyətdə heç bir dəyişiklik nəzərdə tutulmur.Nazir vurğulayıb ki, sistemlərin başqa regionlara köçürülməsi planı yoxdur və Polşanın təhlükəsizliyi ölkənin əsas prioritetidir.Bundan əvvəl mətbuatda ABŞ-ın Polşa ilə iki “Patriot” batareyasından birinin Yaxın Şərqə göndərilməsi ehtimalını qeyri-rəsmi şəkildə müzakirə etdiyi barədə məlumat yayılmışdı. Lakin Polşa Müdafiə Nazirliyi bu barədə ABŞ-dan rəsmi müraciət daxil olmadığını bildirib.Qeyd edək ki, daha əvvəl ABŞ...
31 Mart 2026, 13:14