Bizə yazın

Baku

-°C

USD

-

Mahir Məmmədli:Bakının su altında qalmasının səbəbini bunda axtarmaq laxımdır.  

Cəmiyyət 01 Aprel 2026, 10:13

207

Əməkdar jurnalist Mahir Məmmədli Bakının su altında qalması ilə bağlı səbəblərindən yazıb

Citypost.az xəbər verir ki,  Mahir Məmmədlinin yazdığına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, “Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır”.

Onun sözlərinə görə, “əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır”.

Zaur Mikayılov əlavə edib ki, “əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir”.

O həmçinin qeyd edib ki, “əsas kollektorların maksimal ötürücülük qabiliyyəti, formalaşan su miqdarının az olması həm əhalinin artması, həm də yağış sularının həmin kollektora axıdılması ilə əlaqədardır”.

Məlumatda bildirilir ki, “magistral xətlərin mühafizə zonalarının zəbt olunması nəticəsində aparılan təhlillər zamanı 1600-dən çox fərdi yaşayış və digər tikintinin əsas kanalizasiya magistrallarının üzərində və ətrafında yerləşdiyi məlum olub. Bu isə bəzi yerlərdə sistemlərin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur”.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək 

Aprelin 15-də, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda bu şəhərdən, eləcə də Şirvan şəhəri, Hacıqabul, Cəlilabad, Salyan, və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.Citypost.az-a bu barədə Komitəyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

01 Aprel 2026, 11:36

Aprel ayına olan hava proqnozu açıqlanıb 

Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə...

01 Aprel 2026, 11:19

Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub 

Novruz və Ramazan bayramları (20-30 mart) ərəfəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.TƏBİB-dən Citypost.az verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, həmin gün müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı...

01 Aprel 2026, 11:05

Kəramət atasından YAZDI: Hər yerdən özün yıxıldın

Yazıçı Kəramət Böyükçöl atası Qəşəm Nəcəfzadənin doğum günü münasibətilə  paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə atası, əməkdar mədəniyyət işçisi, şair və yazıçı Qəşəm Nəcəfzadə ilə bağlı səmimi təbrik yazısı paylaşıb. O, “Hər yerdən özün yıxıldın, mən yıxılmağa yer qoymadın qala. Doğum günün mübarək olsun, gözəl atam” sözlərini qeyd edib.Məlumat üçün bildirək ki, bu gün Qəşəm Nəcəfzadə 69 yaşını qeyd edir. O, 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.Q.Nəcəfzadə 1981-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Uzun illər İmişli rayonunda müxtəlif orta məktəblərdə müəllim və rəhbər vəzifələrdə çalışıb.1999-cu ildə Bakı...

01 Aprel 2026, 10:55

Aprelin 12-də buraxılış imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış...

01 Aprel 2026, 09:51

Sabunçu işıqsız qalacaq 

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

01 Aprel 2026, 09:25