Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 09 Aprel 2026, 12:45

291

Aprelin 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şamaxı-İsmayıllı zonasında zəlzələlər gözlənilir  

Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır.Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur."Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və...

09 Aprel 2026, 13:35

Yaşar Əməşov vəzifəyə təyin olundu

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.APA-nın xəbərinə görə, Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.

09 Aprel 2026, 13:28

İlham Əliyev türkiyəli naziri qəbul etdi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.Citypost.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi.Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı....

09 Aprel 2026, 13:05

Pərviz Şahbazovun Goranboydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib 

Energetika naziri Pərviz Şahbazovun aprelin 17-də Goranboyda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib."Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul aprelin 24-də saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) olacaq.Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Gəncə" filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı:...

09 Aprel 2026, 10:54

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib 

Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.APA-nın Rusiya bürosu xəbər verir ki, prosesdə prokuror Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, oğlu Mutvalı Şıxlinskiyə cəzasını ümumi rejimli kolonoyada çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası istəyib.Qeyd edək ki, Ş.Şıxlinski martın 5-də qəsdən adam öldürmək, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub....

09 Aprel 2026, 10:45

İçərişəhərin Qala divarında aşınma olub

Bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.Bu barədə Citypost.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.Qeyd edilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.“Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb”, - məlumatda vurğulanıb....

09 Aprel 2026, 10:28