Şamaxı-İsmayıllı zonasında zəlzələlər gözlənilir
Cəmiyyət 09 Aprel 2026, 13:35
275
Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur.
"Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və orta maqnitudalı, əksər hallarda hiss olunmayan zəlzələlərin baş verməsi normal sayılır.
Son günlər baş verən təkanlar 30-60 km dərinliklərdə müşahidə olunur. Yəni bunlar yerin dərin qatlarında baş verməklə, həmin qatlarda tektonik gərginlik toplanır və bu gərginlik sistemli şəkildə, tədricən boşalır. Bu da bir neçə kiçik və ya orta maqnitudalı zəlzələ şəklində özünü göstərir. Xəzər dənizinin dərinliklərdə mövcud olan tektonik qırılmalar və geoloji pozuntular zəngindir. Onlar bir-birinə yaxın qovşaqlarda yerləşir. Həmin qırılmalar daha aktiv hərəkətə keçəndə, nəticədə ərazi seysmik baxımdan fəallaşır və zəlzələlər baş verir".
Q.Babayev həmçinin vurğulayıb ki, burada müşahidə etdiyimiz proses silsilə formasındadır, yəni seriya şəklində baş verir:
"Biz bunu seysmik sürü (earthquake swarm) adlandırırıq. Yəni bu, böyük zəlzələdən sonra yaranan afterşoklar deyil, əksinə, eyni zonada bir neçə zəif və orta güclü təkanın ardıcıl baş verməsidir. Hazırda Xəzər dənizində də məhz bunu müşahidə edirik.
Həmçinin oxuyun
Bu təhlükəli görünə bilər. Amma Azərbaycanda dağıdıcı, güclü, katastrofik zəlzələnin baş verməsi ehtimalı çox aşağı səviyyədədir. Mikro zəlzələlər adlanan kiçik zəlzələlər baş verir. Hiss olunan zəlzələlər isə ümumiyyətlə qaçılmazdır. Dağıdıcı zəlzələ ehtimalı də öz növbəsində aşağı qiymətləndirilir. Bir seysmik ocaq, bir qırılma aktivləşib intensivləşəndə zəlzələ baş verir. Təbii ki, bu zaman qonşu qırılmalar da hərəkətə gəlir və beləliklə, silsilə şəklində aktivlik yaranır".
Mütəxəssis onu da əlavə edib ki, qonşu ocaqlarda da aktivləşmə ehtimalı var:
"Nümunə olaraq, əgər Xəzər dənizindəki aktivlik Lənkəran-Talış zonasına yaxındırsa, Talış seysmik zonasının da silkələnməsi, titrəməyişi ehtimalı var. Çünki həmin zonada da zəngin qırılmalar və seysmik ocaqlar mövcuddur. Şimala doğru getsək, Quba-Xaçmaz, Siyəzən, Şabran da seysmik ocaqlarla zəngin ərazilərdir. Yaxın ocaq silkələnirsə, qonşu ocaqlar da bundan təsirlənə bilər".
Q.Babayev diqqətə çatıdırıb ki, ümumilikdə, panikaya əsas yoxdur:
"Dağıdıcı, katastrofik zəlzələlər ümumiyyətlə gözlənilmir. Amma hiss olunan zəlzələlər Azərbaycan üçün qaçılmazdır. Regionun seysmik mənzərəsi göstərir ki, bu il də ilk 6 ay ərzində hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Qonşu ocaqların da silkələnməsi ehtimalı var. Məsələn, Şamaxı-İsmayıllı zonası da silkələnə bilər. Buna səbəb isə, Xəzər dənizinin hazırda aktivləşməsi və bir-biri ilə əlaqədə olan ocaqların fəallaşmasıdır", - deyə o qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova Litva Baş naziri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.“Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”, - deyə Litva Baş naziri qeyd edib....
09 Aprel 2026, 15:41
Azərbaycan və Qazaxıstan xarici siyasət kommunikasiyası üzrə əməkdaşlığı gücləndirir
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Qazaxıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin sədri və rəsmi nümayəndəsi Yerlan Jetibayevlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” hesabında bildirib.Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında mövcud olan dinamik strateji tərəfdaşlığın və dialoqun daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, xarici siyasət kommunikasiyası sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə geniş fikir mübadiləsi aparılıb....
09 Aprel 2026, 15:36
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.Bu barədə Citypost.az ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, onlardan əlilliyi olan 527 uşaq stasionar, 5700 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər"....
09 Aprel 2026, 15:28
FHN: İntensiv yağışlarla əlaqədar suçəkmə işləri davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən görülür....
09 Aprel 2026, 15:15
Dövlət Komitəsi Laçınla bağlı yeni videoçarx hazırlayıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçının yeni növrağı ilə bağlı videoçarx hazırlayıb.Bu barədə APA-ya Dövlət Komitəsindən bildirilib.Qeyd edilib ki, layihə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.“Burda təbiət öz gözəlliyi ilə göz oxşayır. Laçın şəhərinin başından bəyaz buludlar, ayağından Həkəri keçir. Bəzən öz məcrasında sakit axan, bəzən coşub çağlayan Həkəri çayı… Bu gün onun sahilləri uşaqlı-böyüklü laçınlıların ən sevimli istirahət məkanıdır. Bu növrağı görüncə yadımıza bir dua qədər hikmətli misra düşür: “Gözün aydın, ay Laçın, gözün aydın, Həkəri!” – məlumatda deyilir....
09 Aprel 2026, 14:30
Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.Citypost.azxəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır....
09 Aprel 2026, 14:24