Bizə yazın

Baku

-°C

USD

-

Bakıdan Kürdəmirə  qatar yola düşüb 

Cəmiyyət 17 Aprel 2026, 09:05

468

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Citypost.az xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı aprelin 17-dən başlayır. (Report)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sara Əzimova işdən azad olundu

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.Qeyd edək ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.O, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Muxtar Respublikada Televiziya və Radio Şurasının üzvü olub.Sara Əzimova mütəmadi olaraq mərkəzi və xarici mediada məqalələrlə çıxış edir....

17 Aprel 2026, 10:48

Biləcəriyə bu tarixdə işıqda fasilə yaranacaq 

Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

17 Aprel 2026, 10:43

Jurnalist: “Uşaq uşaq kimi böyüdülməlidir, məsuliyyətsiz valideynlik faciələrə yol açır”  

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident həm qardaş ölkədə həmdə Azərbaycan cəmiyyətində diqqətini yenidən ailədaxili tərbiyə və valideyn məsuliyyəti məsələsinə yönəldib. Citypost.az xəbər verir ki, məsələ ilə bağlı Əfsələddin Ağalarov açıqlamasında bildirib ki, bu cür hadisələr təkcə fərdi problem deyil, ümumi sosial yanaşmanın nəticəsidir.Onun sözlərinə görə, hadisəni törədən şagirdin atasının polis olması və uşağı hadisədən əvvəl silah təliminə aparması ciddi suallar doğurur. Ekspert qeyd edir ki, bir çox hallarda valideynlər övladlarının psixoloji vəziyyətini ya görməzdən gəlir, ya da gizlətməyə çalışır: “Heç kim övladına ‘problemli’ damğası vurmaq istəmir. Amma nəticədə bu problemlər daha ağır faciələrlə üzə çıxır”.Ə. Ağalarov vurğulayıb...

17 Aprel 2026, 10:19

Tanınmış aparıcı: “Space TV” fəaliyyətini qaldığı yerdən davam etdirir

“Space TV” fəaliyyətini qaldığı yerdən davam etdirir.  Citypost.az xəbər verir ki, bu barədə kanalın aparıcısı Amil Xəlil sosial şəbəkə hesabında paylaşım edərək ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib. O bildirib ki, rəhbərlikdə dəyişikliklər baş versə də, komandanın işi davam edir:“Rəhbər dəyişə bilər, komanda işi isə davam edir”.Qeyd edək ki, ötən gün “Space” TV-də yoxlamaların aparıldığı və kanalın rəhbəri Vado Korovin vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumatlar yayılıb.Məlumat üçün bildirək ki, “Space” TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb və uzun illərdir Azərbaycanın televiziya məkanında fəaliyyət göstərir.Yusif...

17 Aprel 2026, 10:05

Gəncədə qanunsuz tikili sökülüb 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Atatürk prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....

17 Aprel 2026, 09:30

Bakıda bu yollarda sıxlıq var - SİYAHI 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;10. Dilarə...

17 Aprel 2026, 09:07