Bizə yazın

Baku

-°C

USD

-

Biləcəriyə bu tarixdə işıqda fasilə yaranacaq 

Cəmiyyət 17 Aprel 2026, 10:43

454

Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.

Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Qurbanov TƏBİB-in yeni rəhbərini “öz adamı” adlandırdı

İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovun TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovla sıx əlaqələri olduğu barədə məlumat vermişdik. Hətta, yerli mətbuatda Dövlətin köklü səhiyyə strukturunu – Səhiyyə Nazirliyini gözdən salmaq məqsədilə Amerikada yaşayan jurnalistə məlumatların ötürülməsində Şahin Qurbanovun əli olduğuna dair xəbərlər yer almışdır. TƏBİB-in sabiq rəhbəri vəzifəsindən kənarlaşdırılandan bir neçə gün keçmiş Citypost.azın əməkdaşı ilə söhbət zamanı Şahin Qurbanov onu “əyyaş”, “içki düşgünü” adlandırmış, və şəxsi münasibətlərinin qətiyyətlə inkar edərək “onunla bu günədək heç bir stəkan çayda içməmişəm” demişdi. Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin Müşahidə Şurasının sədri Xaliq Əhmədovun sədrliyi...

17 Aprel 2026, 12:26

Tənzilə Rüstəmxanlı Aygün Attarı doğum günü münasibətilə təbrik edib

Milli Məclisin deputatı, Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı Aygün Attarın doğum günü münasibətilə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, Aygün Attar Türk dünyasının ağrılarını qəlbində hiss edən, milli kimlik və dövlətçilik düşüncəsinə sadiq ziyalılardandır. Onun sözlərinə görə, belə şəxsiyyətlər milləti aydınlığa çıxaran, yol göstərən və cəmiyyətə istiqamət verən ziyalılardır.T. Rüstəmxanlı qeyd edib ki, Türk olmaq və millətin yolunda olmaq bəzən çətin və məsuliyyətli bir missiyadır, lakin bu yola könül verənlər bütün çətinliklərə baxmayaraq geri çəkilmirlər.O, Aygün Attarı “Asena” və “Ece” xarakterli ziyalı kimi xarakterizə edərək onun Türk dünyasının birliyi naminə gördüyü işləri yüksək qiymətləndirib.Sonda...

17 Aprel 2026, 12:22

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

17 Aprel 2026, 11:47

Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

17 Aprel 2026, 11:43

Vasif Müslümov kollektivə təqdim olundu

Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmrinə əsasən, Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilən Vasif Müslümov kollektivə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib.Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin...

17 Aprel 2026, 11:16

Sara Əzimova işdən azad olundu

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.Qeyd edək ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.O, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Muxtar Respublikada Televiziya və Radio Şurasının üzvü olub.Sara Əzimova mütəmadi olaraq mərkəzi və xarici mediada məqalələrlə çıxış edir....

17 Aprel 2026, 10:48