Müdafiə naziri azad olunmuş ərazilərdə
Cəmiyyət 17 Aprel 2026, 08:00
386
Müdafiə Nazirliyinin rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb, onların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur.
Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinin daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb.
Sonda hərbi hissənin təlim şəhərciyində olan heyət hazırlıq məşğələlərinin keçirilməsini izləyib, artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə də maraqlanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vasif Müslümov kollektivə təqdim olundu
Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmrinə əsasən, Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilən Vasif Müslümov kollektivə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib.Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin...
17 Aprel 2026, 11:16
Sara Əzimova işdən azad olundu
Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.Qeyd edək ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.O, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Muxtar Respublikada Televiziya və Radio Şurasının üzvü olub.Sara Əzimova mütəmadi olaraq mərkəzi və xarici mediada məqalələrlə çıxış edir....
17 Aprel 2026, 10:48
Biləcəriyə bu tarixdə işıqda fasilə yaranacaq
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
17 Aprel 2026, 10:43
Jurnalist: “Uşaq uşaq kimi böyüdülməlidir, məsuliyyətsiz valideynlik faciələrə yol açır”
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident həm qardaş ölkədə həmdə Azərbaycan cəmiyyətində diqqətini yenidən ailədaxili tərbiyə və valideyn məsuliyyəti məsələsinə yönəldib. Citypost.az xəbər verir ki, məsələ ilə bağlı Əfsələddin Ağalarov açıqlamasında bildirib ki, bu cür hadisələr təkcə fərdi problem deyil, ümumi sosial yanaşmanın nəticəsidir.Onun sözlərinə görə, hadisəni törədən şagirdin atasının polis olması və uşağı hadisədən əvvəl silah təliminə aparması ciddi suallar doğurur. Ekspert qeyd edir ki, bir çox hallarda valideynlər övladlarının psixoloji vəziyyətini ya görməzdən gəlir, ya da gizlətməyə çalışır: “Heç kim övladına ‘problemli’ damğası vurmaq istəmir. Amma nəticədə bu problemlər daha ağır faciələrlə üzə çıxır”.Ə. Ağalarov vurğulayıb...
17 Aprel 2026, 10:19
Tanınmış aparıcı: “Space TV” fəaliyyətini qaldığı yerdən davam etdirir
“Space TV” fəaliyyətini qaldığı yerdən davam etdirir. Citypost.az xəbər verir ki, bu barədə kanalın aparıcısı Amil Xəlil sosial şəbəkə hesabında paylaşım edərək ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib. O bildirib ki, rəhbərlikdə dəyişikliklər baş versə də, komandanın işi davam edir:“Rəhbər dəyişə bilər, komanda işi isə davam edir”.Qeyd edək ki, ötən gün “Space” TV-də yoxlamaların aparıldığı və kanalın rəhbəri Vado Korovin vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumatlar yayılıb.Məlumat üçün bildirək ki, “Space” TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb və uzun illərdir Azərbaycanın televiziya məkanında fəaliyyət göstərir.Yusif...
17 Aprel 2026, 10:05
Gəncədə qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Atatürk prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb....
17 Aprel 2026, 09:30