Bizə yazın

Baku

-°C

USD

-

Yeni NATO  - Xəqani Cəfərli yazır...

Siyasət 17 Aprel 2026, 10:02

414

İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı” artıq mövcud deyil. Əlbətdə, köhnə nizamın inersiyası davam edir və bu hal keçmişin nostalgiyası ilə yaşanaları aldadır.  Ancaq bu hal kecicidir və çox yaxın zamanlarda başa çatacaq. Keçmişi geri qaytarmaq mümkün deyil. 

“Yalta-Potsdam dünya nizamı”nın dağılmasının yaratdığı siyasi sünami tarixin ən güclü hərbi-siyasi ittifaqı olan NATO-nu da “vurub”. ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı Donald Trampın açıqlaması da buradan qaynaqlanır. ABŞ-ın NATO-dan çıxması Trampın özbaşına fikiri deyil. Tramp dəyişikliyin qaçılmaz olduğuna inanların fikirlərinin ifadəçəsidir. Respublikaçılardan fərqli olaraq demokratların böyük çoxluğu NATO-nun mövcudluğunu davam etdirməsini müdafiə etsə də, ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğu fikiri Vaşinqtonun siyasi dairələrində önə çıxmağa başlayır. Demokartlar Partiyasının sıralarında da ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğunu düşünən güclü liderlər önə çıxmağa başlayır. 

Nümayəndələr Palatasının üzvü Ceyk Oçinkloss (Jake Auchincloss) yeni dünya nizamının yeni təhlükəsizlik sisteminin yaradılması zərurətini doğurduğunu, NATO-nun bu vəzifənin öhdəsindən gələ bilmədiyini ifadə edərək  “Təhlükəsizlik qövsü” yaradılması ideyasını irəli sürüb. Demokrat Partiyasının parlayan ulduzlarından, 2028-ci il prezident seçkilərində iştirakı gözlənilən Ceyk Oçinklossun təşəbbüsü yeni bir ittifaqın yaradılmasından daha böyük hədəfləri əhatə edir. Ceyk Oçinkloss hesab edir ki, NATO İkinci Dünya Müharibəsindən sonra sovet təhlükəsini cilovlamaq üçün yaradılmış müdafiə ittifaqı idi. Konqresmen hesab edir ki, yeni təhlükəsizlik sistemi hansısa təhlükdən müdafiə üçün yaradılma dövrü keçmişdə qalıb. “Təhlükəsizlik qövsü” təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların lojistikasını da əhatə etməlidir. Konqresmen “Təhlükəsizlik qövsü”nün ABŞ-dan Yaponiyaya kimi uzanan çoğrafiyanı əhatə etməli olduğunu qeyd edir. 

Konqresmen Ceyk Oçinklossun bu ideyası haqqında geniş məlumat olmasa da, təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların lojistikasını da əhatə etməli olan “Təhlükəsizlik qövsü”nün  Azərbaycanın və Mərkəzi Asiyanın maraqlarına uyğun olduğu qənaətindəyəm. Qənaətimcə,  Konqresmen Ceyk Oçinklossun “Təhlükəsizlik qövsü” ideyası “Xəzər asayişi” Alyansı ideyasının qlobal miqyaslı ifadəsidir. “Xəzər asayişi” Alyansı ABŞ və İsrailin Xəzər hövzəsəindəki maraqlarının, Azərbaycan və Mərkəzi Asiyada təhlükəsizlik, enerji və lojistikanı əhatə etməyi nəzərdə tutur. Demokrat konqresmeninin təşəbbüsü isə daha geniş çoğrafiyanı əhatə edərək qlobal xarakter daşıyır. 

Ekspertlərin ilkin mövqeyi belədir ki, konqresmen Oçinklossun bu ideyası Qərbin üzləşdiyi yeni çağrış və təhdidləri həll etməyə qadirdir. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi, İran ətrafındakı proseslər enerji qaynaqları və lojistikanın təhlükəsizlik sisteminin bir parçası olduğunu, bu məsələləri müdafiə ittifaqları çərçivəsində həll etməyin mümkünsüzlüyünü göstərdi. ABŞ-ın İrana qarşı hərbi əməliyyatını Avropa ölkələrinin dəstəkləməməsi müdafiə ittifaqlarının vaxtının ötüb-keçdiyini təsdiqlədi. Yeni alyanslar birgə müdafiə ilə yanaşı enerji qaynaqları və lojistikanı da əhatə etməlidir. 

Harvard və Massaçusets Texnologiya İnstitutu məzunu, dəniz piyadalarının ehtiyatda olan zabiti Ceyk Oçinkloss Trampı zəif lider hesab edir və ABŞ-ın güclü liderə ehtiyacı olduğunu düşünür. Oçinkloss hesab edir ki, ABŞ Ukrayna, İsrail və Tayvan kimi müttəfiqlərini dəstəkləməyə davam etməlidir. Konqresmenin “Təhlükəsizlik qövsü” ideyasında Ukrayna və İsrailə xüsusi önəm verilib. Ukrayna və İsrailin qızğın müdafiəçilərindən olan konqresmen Ceyk Oçinkloss Trampın İranla sövdələşmək cəhdinin fəlakətli səhv olduğunu bildirib. 

NATO-nun formalaşmaqda olan yeni dünya nizamının tələblərinə cavab vermədiyini, buna görə ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacın olduğu haqqında çoxsaylı məqalələr yazılır, fikirlər irəli sürülür. Konqresmen Ceyk Oçinklossin “Təhlükəsizlik qövsü” ideyası hələlik onların ən mükəmməli və mötəbəridir. 

Avropada da yeni təhlükəsizlik sistemi, yeni NATO arayışları var. Bu isə növbəti məqalənin mövzusudur.

Xəqani Cəfərli
Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb 

Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.APA xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.

17 Aprel 2026, 11:05

Ekspert: İranın Bəhreynlə bağlı sərt ritorikası psixoloji təzyiq alətidir

İranda nəşr olunan Keyhan qəzeti Bəhreynin müstəqilliyi və suverenliyini hədəfə alan məqalə ilə çıxış edib. Yazıda Bəhreynin guya İran torpağı olduğu və əhalisinin fars dilində danışdığı iddia olunur.Məqalədə həmçinin Bahrain ərazisinin mümkün İran-ABŞ qarşıdurması zamanı United States tərəfindən istifadə edilə biləcəyi ehtimalı fonunda Tehranda bu ölkəyə qarşı daha sərt addımların atılması ilə bağlı çağırışların səsləndiyi vurğulanır. Qeyd edilir ki, “Keyhan” qəzeti SEPAH ilə yaxınlığı ilə tanınır və burada səsləndirilən fikirlər çox zaman İran daxilində müəyyən siyasi dairələrin mövqeyini əks etdirir.Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İranın regiondakı ritorikasının sərtləşməsi yeni hal deyil,...

17 Aprel 2026, 08:08

Ekspert: İran Bəhreyn məsələsində Səddam ssenarisi ilə üzləşə bilər

Dinşünas-yazar, MCP sədrinin müavini Tural İrfan İranın Bəhreynlə bağlı siyasəti və regionda baş verən proseslərlə bağlı geniş açıqlama verib.Citypost.az xəbər verir ki, şərhçi bildirib ki, İranın Bahrain üzərində iddialarının nəticəsi Səddam Hüseynin Kuwaiti işğal etməsinin aqibəti kimi ola bilər. Onun sözlərinə görə, Səddam Hüseyn heç də özbaşına Küveytə daxil olmayıb və İranla müharibə başa çatdıqdan sonra dərhal ikinci bir münaqişəyə cəlb olunub. Bu isə nəticədə onun sonunu sürətləndirib. İraqın nüfuzuna məhz Küveyt məsələsində ciddi zərbə dəyib, ordusu dağıdılıb və ölkənin bölünməsinin təməli qoyulub. O xatırladıb ki, Küveytə daxil olmazdan əvvəl United States-ın İraqdakı səfiri bu məsələyə “ərəblərin daxili işi” kimi baxdıqlarını...

17 Aprel 2026, 08:00

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir...

16 Aprel 2026, 16:49

Sahibə Qafarova Simonyanla görüşdü 

Milli Məclisin sədri Sahibə Qafarova erməni həmkarı Alen Simonyanla görüşüb.Citypost.az xəbər verir ki, spikerlər İstanbulda Parlamentlərarası Birliyin 152-ci plenar iclasında iştirak zamanı ayaqüstü bir araya gəliblər.

16 Aprel 2026, 16:05

Sahibə Qafarova Matviyenko ilə görüşdü

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası məlumat yayıb.Bildirilib ki, görüş İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.Rusiya parlamentinin yuxarı palatasının sədri Rusiya-Azərbaycan münasibətlərinin inkişaf üçün böyük potensiala malik olduğunu bildirib: "Biz Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqik".Valentina Matviyenko AZAL təyyarə qəzasının nəticələrinin həlli prosedurunun bu yaxınlarda başa çatmasının vacibliyini qeyd edib və Azərbaycan tərəfinə başsağlığı verib.Matviyenko Azərbaycanla münasibətlərdə yeni bir mərhələnin başladığını elan edib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında AZAL təyyarə qəzasının nəticələri ilə bağlı yekun razılaşma Rusiya-Azərbaycan münasibətlərinin daha...

16 Aprel 2026, 13:26