Politoloq: ABŞ-ın qlobal təsiri zəifləyir, yeni güc mərkəzləri formalaşır
Siyasət 17 Aprel 2026, 12:15
330
Politoloq Zaur İbrahimli ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri və qlobal geosiyasi proseslərlə bağlı açıqlama verib.
O bildirib ki, ABŞ-dan asılılıq dövrünün tədricən başa çatdığı barədə fikirlər artıq müxtəlif beynəlxalq dairələrdə səslənir. Açıqlamada Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanın “ABŞ-dan asılılıq dövrü bitdi” məzmunlu fikirlərinə istinad olunub.
Z. İbrahimli qeyd edib ki, ABŞ-ın regional və qlobal siyasəti, xüsusilə İsrail və İranla bağlı mövqeyi onun beynəlxalq təsirinə uzunmüddətli dövrdə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, ABŞ-ın bəzi müttəfiqləri alternativ geosiyasi mərkəzlərə yönəlməyə başlayır.
Politoloq əlavə edib ki, Çin artıq qlobal ticarət və çoxtərəfli əməkdaşlıqda daha fəal rol oynayır və bu, ABŞ-ın əvvəlki dominant mövqeyinə alternativ formalaşdırır.
Həmçinin oxuyun
Onun fikrincə, ABŞ-ın uzunmüddətli geosiyasi strategiyası dəyişikliklərlə üzləşir və bu proses artıq ilkin siqnallarını verməyə başlayıb.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dəvət məmnunluqla qəbul olunub.Qeyd edək ki, bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
17 Aprel 2026, 12:29
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
17 Aprel 2026, 11:53
İlham Əliyev Şimali Kiprin Prezidenti ilə görüşdü
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.Citypost.az xəbər verir ki. bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
17 Aprel 2026, 11:33
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.APA xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.
17 Aprel 2026, 11:05
Yeni NATO - Xəqani Cəfərli yazır...
İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı” artıq mövcud deyil. Əlbətdə, köhnə nizamın inersiyası davam edir və bu hal keçmişin nostalgiyası ilə yaşanaları aldadır. Ancaq bu hal kecicidir və çox yaxın zamanlarda başa çatacaq. Keçmişi geri qaytarmaq mümkün deyil. “Yalta-Potsdam dünya nizamı”nın dağılmasının yaratdığı siyasi sünami tarixin ən güclü hərbi-siyasi ittifaqı olan NATO-nu da “vurub”. ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı Donald Trampın açıqlaması da buradan qaynaqlanır. ABŞ-ın NATO-dan çıxması Trampın özbaşına fikiri deyil. Tramp dəyişikliyin qaçılmaz olduğuna inanların fikirlərinin ifadəçəsidir. Respublikaçılardan fərqli olaraq demokratların böyük çoxluğu NATO-nun mövcudluğunu davam etdirməsini müdafiə etsə də, ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğu fikiri...
17 Aprel 2026, 10:02
Ekspert: İranın Bəhreynlə bağlı sərt ritorikası psixoloji təzyiq alətidir
İranda nəşr olunan Keyhan qəzeti Bəhreynin müstəqilliyi və suverenliyini hədəfə alan məqalə ilə çıxış edib. Yazıda Bəhreynin guya İran torpağı olduğu və əhalisinin fars dilində danışdığı iddia olunur.Məqalədə həmçinin Bahrain ərazisinin mümkün İran-ABŞ qarşıdurması zamanı United States tərəfindən istifadə edilə biləcəyi ehtimalı fonunda Tehranda bu ölkəyə qarşı daha sərt addımların atılması ilə bağlı çağırışların səsləndiyi vurğulanır. Qeyd edilir ki, “Keyhan” qəzeti SEPAH ilə yaxınlığı ilə tanınır və burada səsləndirilən fikirlər çox zaman İran daxilində müəyyən siyasi dairələrin mövqeyini əks etdirir.Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İranın regiondakı ritorikasının sərtləşməsi yeni hal deyil,...
17 Aprel 2026, 08:08