Şahin Qurbanov TƏBİB-in yeni rəhbərini “öz adamı” adlandırdı
Cəmiyyət 17 Aprel 2026, 12:26
4459
İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovun TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovla sıx əlaqələri olduğu barədə məlumat vermişdik. Hətta, yerli mətbuatda Dövlətin köklü səhiyyə strukturunu – Səhiyyə Nazirliyini gözdən salmaq məqsədilə Amerikada yaşayan jurnalistə məlumatların ötürülməsində Şahin Qurbanovun əli olduğuna dair xəbərlər yer almışdır. TƏBİB-in sabiq rəhbəri vəzifəsindən kənarlaşdırılandan bir neçə gün keçmiş Citypost.azın əməkdaşı ilə söhbət zamanı Şahin Qurbanov onu “əyyaş”, “içki düşgünü” adlandırmış, və şəxsi münasibətlərinin qətiyyətlə inkar edərək “onunla bu günədək heç bir stəkan çayda içməmişəm” demişdi.
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin Müşahidə Şurasının sədri Xaliq Əhmədovun sədrliyi ilə Şuranın iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib. A.Bayramov sözsüz ki, kifayət qədər təcrübəli və peşəkar bir şəxs olduğu üçün irəli çəkilərək belə mühüm posta rəhbər gətirilib. Bütün bunlara A.Bayramovun dosyesinə nəzər yetirməklə də bir daha əmin olmaq olar. O, indiyədək müxtəlif məsul vəzifələrdə çalışmaqla, tibb üzrə fəlsəfə doktorudur. A.Bayramov bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini də daşıyıb. Həmin dövrdə İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanov da həmin Agentlikdə çalışıb. Məhz, görünür buna əsaslanaraq Ş.Qurbanov tabeliyində olan əməkdaşlardan birinə söhbət əsnasında bildirib ki, “Anar müəllim öz adamımızdır”.
Ş.Qurbanovun kimin adamı olub-olmadığını dəqiq bilmirik. Amma, A.Bayramov kimi nüfuzlu bir şəxsin Ş.Qurbanovun adamı olmasına ağlı başında olan adam heç cür inana bilməz. Ona görə ki, eyni dövrdə kimlərinsə bir təşkilatda işləməsi, birinin digərinin adamı olması anlamına gələ bilməz.
İnsanlar bəzən yuxularının həqiqət olmasını, bəzən isə həqiqətlərin yuxu olmasını istəyirlər. Bir zamanlar Vüqar Qurbanovun süfrəsinin aşağı başında oturmaqla qürrələnən adamlar indi onun “əyyaş” adlandırırlar. Bəlkədə belədir... Əsl həqiqəti onunla oturub-duranlar, bir zamanlar tabeliyində işləyənlərdir daha dürüst bilərlər. Amma, unutmamalıyıq ki, xaraktersiz insanın şəxsiyyəti ola bilməz.
Mövcud məlumatı dəqiqləşdirmək üçün Ş.Qurbanovla əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. Məlum oldu ki, o, bilərəkdən Citypost.aza məxsus şəhər və mobil telefon nömrələrini zəng qəbul etməmək üçün məqsədli şəkildə bloklayıb.
Müşərrəfxanım.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir
Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...
17 May 2026, 18:35
Sabah 27 dərəcə isti olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...
17 May 2026, 14:10
Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir
Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....
17 May 2026, 13:36
İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...
17 May 2026, 12:00
İlham Əliyev Keniya Prezidentini ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
17 May 2026, 10:43
Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
17 May 2026, 10:10