Bizə yazın

Baku

-°C

USD

-

AAYDA-nın qurumu ləğv edilir 

Cəmiyyət 17 Aprel 2026, 13:41

382

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Citypost.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən qurum 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyev Ələddin Əli oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda yük və sərnişin daşınması artıb 

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.

17 Aprel 2026, 15:13

Sabahdan külək güclənəcək - Narıncı XƏBƏRDARLIQ 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

17 Aprel 2026, 15:11

Zakir Fərəcov vətəndaş qəbulu keçirib 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub.İH-dən Citypost.az-a verilən xəbərə görə, görüş şəhərin 1-ci mikrorayonunda keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.Tədbir zamanı bildirilib ki, səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin eyni zamanda vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq imkanları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər aktual...

17 Aprel 2026, 15:01

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb 

"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.

17 Aprel 2026, 15:00

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində sənədlər imzalanıb 

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində “Ximqrad Texnopolis” ASC ilə “NexTouch” Şirkətlər Qrupu və “Nekst-T” ASC arasında Sumqayıt Kimya Sənaye Parkında rezident statusunun alınmasına dair saziş imzalanıb.AZƏRTAC xəbər verir ki, sənədi “Nekst-T” ASC və “NexTouch” Şirkətlər Qrupunun baş direktoru Vladimir Krikuşenko və “Ximqrad Texnopolis” ASC-nin baş direktoru Ayrat Gizzatullin imzalayıblar.Saziş park ərazisində displeylərin istehsalını nəzərdə tutur.

17 Aprel 2026, 14:47

Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər aparılacaq 

Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün aprelin 20-30-da monitorinqlər keçiriləcək.Bu barədə Citypost.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Bildirilib ki, monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər....

17 Aprel 2026, 14:42