Bizə yazın

Baku

-°C

USD

-

Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib 

Cəmiyyət 17 Aprel 2026, 13:04

444

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən İlham Hüseynli ifadə verib.

Özəl klinikada həkim-terapevt vəzifəsində çalışan zərərçəkən ifadəsində bildirib ki, Anar Əsədli ilə əvvəllər dost olublar: "Anar Əsədli 2020-ci ilin mart ayında mənə pula ehtiyacı olduğunu, mayda qaytaracağını dedi. Mən də 10 min dollar tapıb ona borc verdim. Amma pulu mayda qaytarmadı. Sonradan eşitdim ki, bir neçə adama qarşı da bunu edib. Digər zərərçəkən Oqtay bəylə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət elədik. Ondan sonra pulumu tam qaytardılar. Hazırda heç bir şikayətim, tələbim yoxdur".

Digər zərərçəkənlərin dindirilməsi ilə əlaqədar proses mayın 1-nə təxirə salınıb.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində sənədlər imzalanıb 

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində “Ximqrad Texnopolis” ASC ilə “NexTouch” Şirkətlər Qrupu və “Nekst-T” ASC arasında Sumqayıt Kimya Sənaye Parkında rezident statusunun alınmasına dair saziş imzalanıb.AZƏRTAC xəbər verir ki, sənədi “Nekst-T” ASC və “NexTouch” Şirkətlər Qrupunun baş direktoru Vladimir Krikuşenko və “Ximqrad Texnopolis” ASC-nin baş direktoru Ayrat Gizzatullin imzalayıblar.Saziş park ərazisində displeylərin istehsalını nəzərdə tutur.

17 Aprel 2026, 14:47

Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər aparılacaq 

Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün aprelin 20-30-da monitorinqlər keçiriləcək.Bu barədə Citypost.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Bildirilib ki, monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər....

17 Aprel 2026, 14:42

"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurasına yeni sədr seçilib 

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir. Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilmişdir.Citypost.az xəbər verir ki, Heybət Qədirov hazırda "Unibank KB" ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır. O, pərakəndə bankçılıq, biznesin inkişafı və strateji liderlik sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə...

17 Aprel 2026, 14:39

Nazirlər Kabineti hava limanları və aerodromlarla bağlı qərar verib 

Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

17 Aprel 2026, 14:26

QHT Agentliyi 5 illik fəaliyyətin hesabatını verdi 

Aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.Citypost.az məlumatına görə, QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin qurumun fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman QHT sektorunda genişmiqyaslı islahat proqramıdır: “Bu o deməkdir ki, QHT Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. QHT Agentliyi...

17 Aprel 2026, 14:23

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb 

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xankəndidə bu şəhərdən, eləcə də Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki,  bu barədə agentlik məlumat yayıbMəlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb....

17 Aprel 2026, 14:17