Bizə yazın

Baku

-°C

USD

-

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür 

Cəmiyyət 28 Aprel 2026, 08:00

314

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür.

Citypost.az-ın məlumatına görə, Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedib, xəstəlik ocaqlarını aşkarlayıb, göz həkimlərinə mühazirələr oxuyub, əhali arasında söhbətlər aparıb.

Çox keçmədən Zərifə Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.

Zərifə Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.

Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN Oğuzda kompleks mülki müdafiə təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Oğuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, təlimdə FHN Şimal-qərb Regional Mərkəzinin (RM) rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.Əvvəlcə, Oğuz rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə...

28 Aprel 2026, 10:57

Faktiki hava açıqlanıb 

Aprelin 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypoost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə...

28 Aprel 2026, 10:51

Fərid Əhmədov Şəmkirdə vətəndaşları qəbul edəcək 

Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az nazirlikdən məlumat verilib.Bildirilib ki, Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 30 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə idarəsinə (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17815, 17836) müraciət edərək qəbula yazıla bilərlər.Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə...

28 Aprel 2026, 10:18

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.Citypost.az xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “ABAD”çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika...

28 Aprel 2026, 10:06

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.Citypost.az-a xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç...

28 Aprel 2026, 09:58

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb 

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.Citypost.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.

28 Aprel 2026, 09:40