Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nefti cüzi ucuzlaşıb 

İqtisadiyyat 28 Aprel 2026, 09:34

344

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,11 % azalaraq 113,85 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 113,79 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,02 % azalaraq 110,75 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti 1 dollar ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1% azalaraq 112,02 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,11 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

24 Aprel 2026, 09:33

Azərbaycan nefti  113 dolları ötüb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.Citypost.az-a xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 2% artaraq 113,11 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,89 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

23 Aprel 2026, 09:53

Eldəniz Əmirov: Azərbaycan insanı çox yemir, bahalı yeyir

İqtisadçı Eldəniz Əmirov əhalinin ərzaq xərcləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert  bildirib ki, əhali bu ilin ilk 3 ayında pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait xərcləyib. Bunun 8 milyard 774,9 milyon manatı, yəni 50,4 faizi ərzaq məhsullarının payına düşür.İqtisadçının sözlərinə görə, bu rəqəmi 10 milyon əhali üzrə adambaşına bir aylıq hesabladıqda bir nəfər üçün təxminən 290–300 manat edir. Bu göstəriciyə əsasən ilk baxışda əhalinin çox istehlak etdiyi qənaəti yaransa da, məsələ bundan ibarət deyil.E.Əmirov qeyd edib ki, iqtisadiyyatda Engel qanununa görə, gəlir səviyyəsi aşağı və ya orta olduqda ərzağın xərclərdə payı yüksək olur, gəlir artdıqca...

22 Aprel 2026, 09:53

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.04.2026) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 0,22 % azalaraq 2,0030 manat, 100 Rusiya rublunun məzənnəsi 0,51 % azalaraq 2,2257 manat təşkil edib.

17 Aprel 2026, 09:19

Neftin qiyməti yaxın illərdə bu qədər olacaq  

İqtisadiyyat Nazirliyinin ötən ay təqdim etdiyi proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib.Citypost.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in dəyərinin 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 %-dən 2027-ci ildə 78 %-ə, 2030-cu ildə isə 81,8 %-ə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 %, qeyri-neft-qaz ÜDM-in 4,2 % olacağı proqnozlaşdırılır....

15 Aprel 2026, 16:50

Azərbaycan nefti ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27ABŞ dolları və ya 5,78% azalaraq 118,56 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 125,83 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

15 Aprel 2026, 09:51