Zaur Şükürov: Azərbaycan-Çexiya əməkdaşlığı yeni mərhələdir
Siyasət 28 Aprel 2026, 09:18
611
Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir. Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur. Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin siyasi iradəsini nümayiş etdirir. Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında Davos İqtisadi Forumundan başlayan səmimi dialoq Qəbələdə konkret layihələrin və genişmiqyaslı tərəfdaşlıq planlarının müzakirəsi ilə davam etdirilmişdir.
Səfər çərçivəsində bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin yekunlarına dair liderlərin mətbuata bəyanatları, həmçinin biznes-forum zamanı çıxışlarında iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və hədəflər barədə fikirlər səsləndirildi.
İkitərəfli münasibətlərdə enerji əməkdaşlığı xüsusilə öndə olan sahələrdəndir. Hazırda Azərbaycan Çexiyanın enerji balansında həlledici rol oynayır və bu ölkənin neft idxalının 42 faizini təmin etməklə onun əsas təchizatçısına çevrilmişdir. Bu əməkdaşlıq artıq neft ixracı çərçivəsini aşaraq, gələcəkdə təbii qaz sahəsini də əhatə edə bilər. Çexiyanın ən iri enerji şirkətlərindən biri olan ÇES-in Azərbaycanla uzunmüddətli qaz təchizatı müqavilələri imzalamaq niyyəti Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir. Bu, Azərbaycanın təkcə resurs ixracatçısı deyil, həm də etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyinin bariz göstəricisidir. Həmçinin, enerji sahəsi üzrə ixtisaslaşmış bir sıra şirkətlərin təmsilçilərinin Çexiya Baş nazirini müşayiət etməsi bilavasitə bu ölkənin sözügedən sahə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deməyə əsas verir.
İqtisadi əlaqələrin diversifikasiyası tərəflər üçün prioritet hədəfdir. Baxmayaraq ki, ölkələr arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmişdir, bu rəqəmin böyük hissəsi neft sektoruna payına düşür. Qəbələdə keçirilən və 50-dən çox aparıcı Çex şirkətinin iştirak etdiyi biznes-forum ticarət strukturunun balanslaşdırılması və qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi üçün mühüm platforma oldu. Azərbaycanın son 20 ildə 350 milyard dollar sərmayə cəlb etməsi, sabit valyuta məzənnəsi və ÜDM-in cəmi 6,1 faizini təşkil edən aşağı xarici borcu çexiyalı investorlar üçün əlverişli və təhlükəsiz biznes mühiti təklif edir.
Xüsusilə müdafiə sənayesi istiqamətində əməkdaşlıq perspektivli sahələrindən hesab olunur. Çexiyanın bu sahədəki zəngin tarixi təcrübəsi və Aero Vodochody, Colt, Czechoslovak Group kimi dünya şöhrətli şirkətləri ilə Azərbaycanın müdafiə sənayesi sahəsinin əməkdaşlığı bu istiqamətdə səmərəli nəticələr əldə edilməsinə mühüm töhfə verə bilər. Tərəflər yalnız hərbi məhsulların alqı-satqısı deyil, eyni zamanda gələcədə birgə istehsal xətlərinin istifadəyə verilməsi üzərində müzakirələr aparılmasına maraq ifadə edirlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq edir və ölkəmiz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır. İndiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir və bu sahənin genişmiqyaslı olacağı gözlənilir. Nəzərə alsaq ki, Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir, gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək fəaliyyət xüsusi önəm daşıyır.
Həmçinin oxuyun
Nəqliyyat və infrastruktur sahəsindəki perspektivlər də əhəmiyyətlidir. Bakı Metropoliteninin modernləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində birgə logistik imkanların dəyərləndirilməsi Çexiya texnologiyalarının Azərbaycanın tranzit mərkəzi kimi güclənməsinə töhfə verəcəyini vəd edir. Həmçinin, turizm və mədəniyyət sahəsindəki əlaqələr, xüsusilə Karlovı Varı hava limanının genişləndirilməsi kimi layihələr xalqlararası təmasların artmasına imkan verə bilər.
Yekun olaraq qeyd edə bilərik ki, Azərbaycan-Çexiya münasibətlərinin hər iki ölkənin maraqları naminə daha da dərinləməsi üçün geniş imkanlar mövcuddur və inanırıq ki, tərəflər bu istiqamətdə yeni hədəflərə nail olunması mqsədilə yüksək səviyyəli siyasi dialoq əsasında, müxtəlif ikitərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə səylərini daha da artıracaqlar.
Zaur Şükürov
Millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Taleh Əliyev: ABŞ–İran danışıqları dalan vəziyyətindədir
Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, iki ölkə arasında aparılan danışıqlar prosesinin dalana dirənməsi fonunda nəticəsiz və səmərəsiz müzakirələrin davam etdirilməsi təəccüb doğurur. Onun sözlərinə görə, tərəflərin bu danışıqlardan konkret gözləntiləri sual altındadır.Taleh Əliyev qeyd edib ki, İran tərəfinin əsas məqsədi danışıqların ABŞ tərəfindən mümkün hərbi əməliyyatların bərpasına qədər uzadılması, bu müddətdə isə ordu birliklərinin yenidən komplektləşdirilməsi, raket və dron sistemlərinin döyüş hazırlığına gətirilməsi və ölkə daxilində sabitliyin təmin olunması üçün resursların maksimum səfərbər edilməsidir.Politoloqun sözlərinə görə, ABŞ tərəfi isə bu proses fonunda digər strateji öhdəliklərini...
28 Aprel 2026, 11:08
Siyasi şərhçi: İranda iqtisadi böhran və etiraz riski artır
Fikrət Fərəməzoğlu ABŞ və İsrail hücumlarından sonra İranın iqtisadi və siyasi vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında şərh yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, ilkin mərhələdə İran iqtisadiyyatına dəyən ziyanın 252 milyard dollar həcmində qiymətləndirildiyi, lakin yerli ekspertlərin bu rəqəmin iki dəfə arta biləcəyini proqnozlaşdırdığı qeyd olunur. Onun sözlərinə görə, ölkənin iri sənaye müəssisələrinin bir qismi bombardman nəticəsində ya tamamilə dağılıb, ya da ciddi zərər görüb və onların bərpası üçün ən azı bir neçə il vaxt tələb olunacaq.Tehran hökuməti isə bərpa işlərinin bir neçə ay ərzində yekunlaşdırılacağını iddia edir. Lakin onun sözlərinə görə, hazırda rejimi daha çox narahat edən...
28 Aprel 2026, 10:59
Sahib Alıyev: Regionda sülh və əməkdaşlıq yeni mərhələyə keçir
Millət vəkili Sahib Alıyev Azərbaycan–Ermənistan sülh prosesi və regionda baş verən geosiyasi dəyişikliklərlə bağlı şərh yazıbCitypost.az xəbər verir ki, Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh artıq keçmiş müharibədən fərqli olaraq konkret tarixlə məhdudlaşmayan davamlı bir prosesdir. Onun sözlərinə görə, bu prosesdə əsas mübarizə çox vaxt qarşı tərəflə deyil, onların arxasında duran və ya belə görünməyə çalışan qüvvələrlə aparılır.Mayın 5-də Ermənistanla Avropa İttifaqının sammiti regionda yeni bölücü xətlər yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.Prosesin məqsədi yalnız Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq deyil.Millət vəkili əlavə edib ki, Avropa İttifaqı ilə dost və strateji tərəfdaş...
28 Aprel 2026, 10:53
Məhəmməd Əsədullazadə: Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Çexiya–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Çexiya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və iki ölkə arasında strateji əməkdaşlıq uzun müddətdir davam edir. Onun sözlərinə görə, tərəflər arasında formalaşmış konfidensial strateji tərəfdaşlıq münasibətləri illər ərzində qorunub saxlanılıb.Siyasi şərhçi qeyd edib ki, xüsusilə Ermənistan–Azərbaycan münaqişəsi dövründə Avropa ölkələrinin Azərbaycana silah satışı ilə bağlı tətbiq etdiyi embarqolara baxmayaraq, Çexiya Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq həyata keçirib. Bu çərçivədə Azərbaycana “DANA” özüyeriyən artilleriya qurğuları və digər silahlar satılıb.Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək...
28 Aprel 2026, 10:26
Rusiyanın süqutunu qaçılmaz edən beş şərt - Xəqani Cəfərli
Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə əsas beş amil var. Rus xalqının tarixdə qurduğu digər iki imperiya, Rusiya İmperiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir. Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir. Birinci dünya müharibəsində rus ordusunun fəlakətli itgiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi. Əfqanistanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi. Ukraynaya qarşı cinayətkar müharibədə Rusiya ordusu çox ağır itgilər verərək sağalmaz yara alıb. Mediazona internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC və könüllülər qrupu ilə birlikdə Ukraynaya...
28 Aprel 2026, 10:00
CNN: ABŞ və İran münaqişədən əvvəlki status-kvoya qayıtmağı müzakirə edir
İran və ABŞ arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status-kvoya qayıtmaq ola bilər."Report"un xəbərinə görə, bu barədə CNN məlumat yayıb.Telekanalın məlumatına görə, danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönəlmiş aktiv pərdəarxası diplomatiya davam edir.İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki əvvəlki mövqelərə qayıtmaq hesab olunur. Məlumata görə, İranın nüvə proqramı məsələsinin müzakirəsi sonrakı mərhələdə planlaşdırılır.Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər danışıqlar prosesi üçün həlledici ola bilər....
28 Aprel 2026, 09:18