Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şahinoğlu: Trampın Çin səfəri və Tayvan məsələsi Vaşinqton–Pekin gərginliyini artırır

Siyasət 28 Aprel 2026, 08:33

309

ABŞ Prezidenti Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Ancaq həmin günlərdə ABŞ-ın İrana qarşı müharibəsi davam etdiyinə görə, Ağ Ev sahibi Çinə səfəri təxirə saldı. Tramp açıqlama verərək səfərin may ayının ortalarında gerçəkləşəcəyini bildirdi. Ancaq həmin tarix də dəqiq olmaya bilər. Məsələ burasındadır ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək. 

Vaşinqton Tayvan Çinin bir hissəsi olaraq tanıyır. Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birlışdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Donald Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampıa görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlaması verməsində maraqlıdır. Donald Tramp sadəcə Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq. 

Buna baxmayaraq, Donald Tramp Tayvanla hərbi əməkdaşlığın tərəfdarıdır. Çünki, Tayvan hökuməti aldığı hərbi texnikaya görə ABŞ-a milyardlarla dollar pul ödəyir. Tramp üçün bu əhəmiyyətli amillərdən biridir. ABŞ Tayvana raketlər, artileriya sistemləri satacaq. Bundan başqa ABŞ-la Tayvan arasında imzalanan başqa müqaviləyə görə, Amerika Tayvan Hərbi Dəniz Qüvvələrinə silah tədarük edəcək. ABŞ Tayvanla birgə hərbi təlimlərə də ara vermək istəmir. Çünki, ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır. Çin Cənubi Çin dənizinə nəzarət baxımından əhəmiyyətli bir üstünlüyə malikdir. Çinin bölgədə həmçinin təyyarələri eniş etdirə bilən süni adaları var.

Si Cinpin Donald Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir. Çünki, Çin ABŞ-la ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarınını” müəəyyəlnəşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil. 

Bu arada, Rusiya və Hindistan arasında müdafiə müqaviləsini imzalaması və təsdiq olunması Pekinin narahatlığına səbəb olub. Dünyanın ən çox əhalisinə malik olan Hindistan xarici hərbçilərə ilk dəfə öz ərazisində müvəqqəti yerləşməyə icazə verib. Rusiya-Hindistan əlaqələrinin, xüsusən də müdafiə sektorunda dərinləşməsi regional müharibələr fonunda baş verib. Buna qədər Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edirdi. İndi isə Çinin bölgədəki əsas rəqiblərindən biri – Hindistan Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. Müqavilə Rusiyaya Hind okeanına giriş imkanı verir və öz növbəsində Yeni Dehli Vladivostokdan Murmanska qədər şimal dəniz yolu boyunca limanlara çıxış əldə edəcək.

Elxan Şahinoğlu

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Taleh Əliyev: ABŞ–İran danışıqları dalan vəziyyətindədir

Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, iki ölkə arasında aparılan danışıqlar prosesinin dalana dirənməsi fonunda nəticəsiz və səmərəsiz müzakirələrin davam etdirilməsi təəccüb doğurur. Onun sözlərinə görə, tərəflərin bu danışıqlardan konkret gözləntiləri sual altındadır.Taleh Əliyev qeyd edib ki, İran tərəfinin əsas məqsədi danışıqların ABŞ tərəfindən mümkün hərbi əməliyyatların bərpasına qədər uzadılması, bu müddətdə isə ordu birliklərinin yenidən komplektləşdirilməsi, raket və dron sistemlərinin döyüş hazırlığına gətirilməsi və ölkə daxilində sabitliyin təmin olunması üçün resursların maksimum səfərbər edilməsidir.Politoloqun sözlərinə görə, ABŞ tərəfi isə bu proses fonunda digər strateji öhdəliklərini...

28 Aprel 2026, 11:08

Siyasi şərhçi: İranda iqtisadi böhran və etiraz riski artır

Fikrət Fərəməzoğlu ABŞ və İsrail hücumlarından sonra İranın iqtisadi və siyasi vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında şərh yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, ilkin mərhələdə İran iqtisadiyyatına dəyən ziyanın 252 milyard dollar həcmində qiymətləndirildiyi, lakin yerli ekspertlərin bu rəqəmin iki dəfə arta biləcəyini proqnozlaşdırdığı qeyd olunur. Onun sözlərinə görə, ölkənin iri sənaye müəssisələrinin bir qismi bombardman nəticəsində ya tamamilə dağılıb, ya da ciddi zərər görüb və onların bərpası üçün ən azı bir neçə il vaxt tələb olunacaq.Tehran hökuməti isə bərpa işlərinin bir neçə ay ərzində yekunlaşdırılacağını iddia edir. Lakin onun sözlərinə görə, hazırda rejimi daha çox narahat edən...

28 Aprel 2026, 10:59

Sahib Alıyev: Regionda sülh və əməkdaşlıq yeni mərhələyə keçir

Millət vəkili Sahib Alıyev Azərbaycan–Ermənistan sülh prosesi və regionda baş verən geosiyasi dəyişikliklərlə bağlı şərh yazıbCitypost.az xəbər verir ki, Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh artıq keçmiş müharibədən fərqli olaraq konkret tarixlə məhdudlaşmayan davamlı bir prosesdir. Onun sözlərinə görə, bu prosesdə əsas mübarizə çox vaxt qarşı tərəflə deyil, onların arxasında duran və ya belə görünməyə çalışan qüvvələrlə aparılır.Mayın 5-də Ermənistanla Avropa İttifaqının sammiti regionda yeni bölücü xətlər yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.Prosesin məqsədi yalnız Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq deyil.Millət vəkili əlavə edib ki, Avropa İttifaqı ilə dost və strateji tərəfdaş...

28 Aprel 2026, 10:53

Məhəmməd Əsədullazadə: Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Çexiya–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Çexiya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və iki ölkə arasında strateji əməkdaşlıq uzun müddətdir davam edir. Onun sözlərinə görə, tərəflər arasında formalaşmış konfidensial strateji tərəfdaşlıq münasibətləri illər ərzində qorunub saxlanılıb.Siyasi şərhçi qeyd edib ki, xüsusilə Ermənistan–Azərbaycan münaqişəsi dövründə Avropa ölkələrinin Azərbaycana silah satışı ilə bağlı tətbiq etdiyi embarqolara baxmayaraq, Çexiya Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq həyata keçirib. Bu çərçivədə Azərbaycana “DANA” özüyeriyən artilleriya qurğuları və digər silahlar satılıb.Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək...

28 Aprel 2026, 10:26

Rusiyanın süqutunu qaçılmaz edən beş şərt   - Xəqani Cəfərli

Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə əsas beş amil var. Rus xalqının tarixdə qurduğu digər iki imperiya, Rusiya İmperiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir. Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir. Birinci dünya müharibəsində rus ordusunun fəlakətli itgiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi. Əfqanistanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi.  Ukraynaya qarşı cinayətkar müharibədə Rusiya ordusu çox ağır itgilər verərək sağalmaz yara alıb. Mediazona internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC və könüllülər qrupu ilə birlikdə Ukraynaya...

28 Aprel 2026, 10:00

Zaur Şükürov: Azərbaycan-Çexiya əməkdaşlığı yeni mərhələdir  

Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir. Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur. Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin...

28 Aprel 2026, 09:18