Bizə yazın

Baku

-°C

USD

-

Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs ömürlük azadlıqdan məhrum edilə bilər 

Dünya 28 Aprel 2026, 08:55

315

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan Kol Tomas Allen prezidentə sui-qəsd cəhdində ittihamı ilə ömürlük azadlıqdan məhrum edilə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Todd Blanş məlumat verib.

"Bu gün Ədliyyə Nazirliyi Kolumbiya dairəsindəki federal məhkəmədə Kol Tomas Allenə qarşı üç ittiham irəli sürüb. Birinci ittiham ABŞ prezidentinə sui-qəsd cəhdidir. Bu cinayəti törədən şəxs ömürlük həbs cəzası ilə cəzalandırılır", - o bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs otel otağını əvvəlcədən sifariş edib.

Allenə qarşı digər ittihamlar arasında ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşımaq və zorakı cinayətin törədilməsində odlu silahdan istifadə etmək maddələri də var.

Allenin ilk məhkəmə prosesi aprelin 30-da baş tutacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əfqanıstan Pakistanı universitetə hücumda ittiham edir, İslamabad isə iddiaları rədd edir  

Əfqanıstan Pakistan qüvvələrinin ölkənin şərqində yerləşən Kunar əyalətində həyata keçirdiyi hücum nəticəsində mülki itkilərin olduğunu bildirib. BBC-nin məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər ölüb, 75 nəfər yaralanıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban hökumətinin açıqlamasına əsasən, yaralılar arasında 30 universitet tələbəsi də var. Əfqanıstan tərəfi bildirir ki, hücum zamanı minaatan və raketlərdən istifadə olunub, həmçinin bəzi mənbələr BBC-yə dron və hərbi təyyarələrin də cəlb edildiyini deyib. Yerli şahidlər universitet ərazisində partlayış və atəş səsləri eşidildiyini bildiriblər.Əfqanıstan Ali Təhsil Nazirliyi universitet binalarının və ətraf ərazinin ciddi ziyan gördüyünü açıqlayıb.Bununla belə, Pakistanın İnformasiya Nazirliyi universitetə və yaşayış məntəqələrinə hücum...

28 Aprel 2026, 11:30

İran ABŞ-ın neft tankerlərinin ələ keçirilməsini "piratçılığın leqallaşdırılması" adlandırıb

Tehran ABŞ-ı Hind okeanında İran nefti daşıyan “Majestic X” və “Tifani” tankerlərinin saxlanılması ilə bağlı kəskin şəkildə qınayıb və bu addımı “piratçılığın leqallaşdırılması” kimi qiymətləndirib. Məlumatı Armenpress yayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X platformasında yazıb ki, ABŞ-ın bu hərəkəti “açıq dənizlərdə piratçılığın və silahlı soyğunçuluğun birbaşa leqallaşdırılmasıdır”. Onun sözlərinə görə, “piratlar geri qayıdıb, lakin indi dövlət əmrləri ilə fəaliyyət göstərir, rəsmi bayraqlar altında üzür və öz soyğunçuluğunu ‘hüquq-mühafizə fəaliyyəti’ adlandırır”.Bəqai ABŞ-ı beynəlxalq hüququ və azad ticarət prinsiplərini pozmaqda ittiham edərək, Vaşinqtonun “qanunsuz davranışına” görə tam məsuliyyət daşımalı olduğunu bildirib.İranın BMT-dəki daimi...

28 Aprel 2026, 11:28

Pentaqon: ABŞ-nin hipersəsli silahlara qarşı müdafiə sistemi yoxdur 

ABŞ Silahlı Qüvvələrində hazırda hipersəsli silahlara və qabaqcıl qanadlı raketlərə qarşı müdafiə sistemi yoxdur."Report"un məlumatına görə, ABŞ müdafiə nazirinin kosmos sahəsində siyasət üzrə köməkçisi Mark Berkoviç bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində bildirib.O, hazırlanan "Qızıl Günbəz" yeni nəsil raketdən müdafiə sistemi ilə bağlı sualları cavablandırarkən mövcud sistemin məhdud olduğunu qeyd edib."Bu gün Şimali Koreya tərəfindən gözlənilməz kiçik miqyaslı qəfil hücumları dəf etmək üçün xüsusi olaraq hazırlanmış çox məhdud, yerüstü əsaslı, bir səviyyəli müdafiə sistemimiz var", - o deyib."Digər ballistik raket hücumlarına qarşı durmaq üçün çox məhdud imkanlarımız var və əgər qabaqcıl qanadlı raketlərdən danışırıqsa, bu gün hipersəsli silahlara və ya...

28 Aprel 2026, 09:18

Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb 

Cənubi Sudanın paytaxtı Cuba şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsindəki 14 nəfərin hamısı ölüb."Report"un xəbərinə görə, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb."CityLink Aviation" şirkətinə məxsus "Cessna 208 Caravan" Yeidən Cuba istiqamətində hərəkət edərkən havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra əlaqəni itirib və paytaxtdan təxminən 20 kilometr aralıda qəzaya uğrayıb.Təyyarədə 13 sərnişin və bir pilot olub. Onlardan 12-ci Cənubi Sudanın, ikisi Keniya vətəndaşı olub. Qəza nəticəsində hamısı həlak olub.İlkin məlumatlara görə, qəzaya pis görünüş səbəb ola bilər. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir....

28 Aprel 2026, 09:00

Rubio: İranın razılığa gəlməkdən başqa yolu yoxdur 

“İranın ABŞ ilə razılığa gəlməkdən başqa yolu yoxdur”.APA xəbər verir ki, bunu “Fox News”a açıqlaması zamanı ABŞ Dövlət Katibi Marko Rubio deyib.O bildirib ki, iki ölkə arasında baş tutacaq istənilən razılaşma İranın nüvə silahı əldə etməsinin qəti şəkildə qarşısını almalıdır.Rubio, Tehrandakı liderlərin çoxunun ekstremist fiqurlar olmasına baxmayaraq, bu şəxslərin ölkənin hazırkı vəziyyətindən çıxmaq üçün addımlar atmalı olduğunu bildirib.

28 Aprel 2026, 08:12

NATO admiralı Rusiyanın planını açıqladı

“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır, buna görə də təhlükə yalnız Baltikyanı ölkələrlə - Latviya, Litva və Estoniya ilə məhdudlaşmır”.Teleqraf xəbər verir ki, bunu NATO admiralı Cüzeppe Kavo Draqone deyib.Admiral hesab edir ki, Rusiya bu məqsədlə hərbi gücünü artırmağa davam edəcək və NATO üçün bir nömrəli təhlükə olaraq qalır.“Rusiya Ukraynada olduğu kimi birbaşa işğal ssenarisinə qayıda bilərmi” sualına cavab verən Draqone bildirib ki, artıq hibrid və qeyri-ənənəvi təhdidlər mövcuddur və gələcəkdə də davam edəcək.“Rusiyanın SSRİ-nin dağılmasından əvvəlki dövrü geri qaytarmağa çalışacağını gözləmək olar. Ona görə də kimin hədəf ola biləcəyini anlamağı sizə buraxıram”, - NATO admiralı...

27 Aprel 2026, 17:54