Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar
Cəmiyyət 28 Aprel 2026, 09:07
377
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Citypost.az xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.
Həmçinin oxuyun
Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ASCO-nun "Zərifə Əliyeva" gəmi-bərəsi indiyə qədər 681 səfər həyata keçirib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-nin inşa etdiyi RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi istismarda olduğu 4 il ərzində 681 səfər həyata keçirib.Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səfərlər çərçivəsində 427 vaqon, 2 439 minik avtomobili, 25 226 yük avtomobili (TIR) və 23 330 sərnişin daşınıb.Daşımalar Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilib.Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr olan gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir."Zərifə Əliyeva" gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi...
28 Aprel 2026, 11:34
Soydaşlarımız Ukraynada həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Zərgərov Ramin Nadir oğlu (1980-ci il) və Muradov Kamil Zirəddin oğlu (1991-ci il) döyüşlərdə həlak olub.Onların Ukraynanın Xarkov vilayətində gedən döyüş əməliyyatlarında həyatlarını itirdikləri bildirilir.Xatırladaq ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində ötən dövr ərzində yüzlərlə soydaşımız həlak olub ya da itkin düşüb.
28 Aprel 2026, 11:32
Səhiyyə nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət edib
Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.Citypost.az xəbər verir ki, ziyarət zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyulub.Zərifə xanım Əliyevanın anadan olmasından 103 ili münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.Həmçinin, ziyarət zamanı görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub....
28 Aprel 2026, 11:21
FHN Oğuzda kompleks mülki müdafiə təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Oğuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, təlimdə FHN Şimal-qərb Regional Mərkəzinin (RM) rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.Əvvəlcə, Oğuz rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə...
28 Aprel 2026, 10:57
Faktiki hava açıqlanıb
Aprelin 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypoost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə...
28 Aprel 2026, 10:51
Fərid Əhmədov Şəmkirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinlərini qəbul edəcək.Bu barədə Citypost.az nazirlikdən məlumat verilib.Bildirilib ki, Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 30 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə idarəsinə (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17815, 17836) müraciət edərək qəbula yazıla bilərlər.Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə...
28 Aprel 2026, 10:18