Bizə yazın

Baku

-°C

USD

-

Gec diaqnoz qoyulan nevroloji xəstəlik: diqqət edilməli əlamətlər  

Tibb 01 May 2026, 08:46

397

Nadir rast gəlinən və əksər hallarda gec diaqnoz qoyulan nevroloji xəstəliklərdən biri Myasthenia gravis-dir. Bu xəstəlik sinir və əzələ arasındakı əlaqəni pozaraq orqanizmdə getdikcə artan zəifliyə səbəb olur.

Citypost.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, gün ərzində artan halsızlıq və tez yorulma bu xəstəliyin əsas xüsusiyyətlərindəndir. Xüsusilə göz qapağının aşağı düşməsi, iki görmə, pilləkən qalxarkən çətinlik, səsin zəifləməsi və qida udarkən yaranan problemlər diqqət tələb edən əlamətlər sırasındadır. Bu simptomlar adətən fiziki aktivlikdən sonra daha da güclənir.

Xəstəlik otoimmun xarakter daşıyır, yəni immun sistemi səhvən öz orqanizminə qarşı reaksiya verir və sinir-əzələ ötürülməsini zəiflədir. Buna baxmayaraq, müasir tibbdə tətbiq olunan müalicə üsulları sayəsində xəstələrin həyat keyfiyyətini qorumaq mümkündür.

Dərman müalicəsi, immunoterapiya və fərdi yanaşma ilə qurulan müalicə planları vasitəsilə simptomlar nəzarət altına alına bilir və xəstələr gündəlik həyatlarını normal şəkildə davam etdirə bilirlər. Erkən diaqnoz və düzgün müalicə bu xəstəliyin idarə olunmasında həlledici rol oynayır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qaraciyər fibrozu nədir və geri dönə bilərmi?  

Qaraciyər fibrozu qaraciyər fibrozu qaraciyərin normal, yumşaq və elastik toxumasının uzunmüddətli zədələnmə nəticəsində birləşdirici toxuma ilə əvəz olunmasıdır. Bu proses adətən xroniki iltihab və davamlı xəstəliklər fonunda baş verir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, fibroz mərhələli şəkildə inkişaf edir və 4-cü mərhələ (F4) artıq qaraciyər sirrozu-na keçid mərhələsi hesab olunur. Bu mərhələdə qaraciyərin funksiyası ciddi şəkildə pozula bilər.Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Ən çox rast gəlinən səbəblər arasında hepatit B və hepatit C kimi virus mənşəli hepatitlər yer alır. Bundan əlavə, qaraciyər yağlanması, şəkərli diabet, metabolik pozuntular və uzun müddət bəzi dərmanların qəbulu da fibroz riskini artırır.Sevindirici məqam isə odur...

01 May 2026, 11:45

Analiz vermədən qəbul oluna bilən vitaminlər hansılardır? 

Bəzi hallarda insanlar vitamin qəbul etmək istəsələr də, əvvəlcədən laborator analiz verməyə üstünlük vermirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bu zaman nisbətən təhlükəsiz hesab edilən və geniş istifadə olunan bəzi vitamin və minerallar mövcuddur, lakin yenə də dozaya diqqət vacibdir.Ən çox tövsiyə olunanlardan biri Vitamin D-dir. Adətən gündə 1000–2000 IU aralığında qəbul edilən bu vitamin sümüklərin sağlamlığına, dərinin və saçların vəziyyətinə müsbət təsir göstərir.Eyni zamanda immun sistemin dəstəklənməsində və hormonal balansda rol oynayan vacib bir prohormon kimi çıxış edir.Digər mühüm əlavələrdən biri Omega-3 yağ turşuları-dır. Balıq məhsullarını az qəbul edən insanlarda Omega-3 ürək-damar sağlamlığını dəstəkləyir, beyin funksiyalarına müsbət təsir göstərir və...

30 Aprel 2026, 14:00

Əlləri tez-tez yumaq həmişə faydalıdırmı?  

Əllərin yuyulması gigiyena və infeksiyalardan qorunma baxımından ən vacib vərdişlərdən biridir.Citypost.az xəbər verir ki, gündəlik həyatımızda əllərimiz çoxsaylı səthlərlə təmasda olur və bu zaman müxtəlif bakteriya və viruslar dəriyə keçə bilir. Xüsusilə yeməkdən əvvəl, tualetdən sonra, ictimai yerlərdən gəldikdə və xəstə insanlarla təmasdan sonra əllərin yuyulması infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.Lakin bu faydalı vərdişin həddindən artıq tətbiqi də müəyyən problemlərə səbəb ola bilər. Əlləri çox tez-tez və ya düzgün olmayan vasitələrlə yumaq dərinin təbii qoruyucu qatını zəiflədir. Nəticədə dəri quruyur, çatlayır və qıcıqlanma yaranır. Bu zaman dəri daha həssas olur və əksinə, mikrobların daxil olması üçün daha əlverişli mühit...

30 Aprel 2026, 08:52

Sızanaqları sıxmaq niyə təhlükəlidir? – Mütəxəssis rəyi  

Sızanaqları sıxmaq geniş yayılmış vərdişdir, lakin mütəxəssislər bunun dərinin vəziyyətini daha da ağırlaşdırdığını bildirirlər. Citypost.az-ın məlumatına görə, sızanaq əslində dəri altında gedən iltihabi prosesdir və onu sıxmaq bu iltihabın ətraf toxumalara yayılmasına səbəb olur.Bu zaman yalnız mövcud sızanaq yox, ətraf sahələr də zədələnir və yeni səpgilərin yaranma riski artır. Eyni zamanda, sıxma prosesi dəridə travma yaradır və nəticədə çapıq izləri və piqment ləkələri formalaşa bilər. Bu izlərin müalicəsi isə sızanağın özündən daha uzun və çətin olur.Mütəxəssislər vurğulayır ki, sızanaqların düzgün müalicəsi səbəbin müəyyən olunmasından başlayır. Dərinin təmiz saxlanması, uyğun qulluq vasitələrinin seçilməsi və lazım gəldikdə dermatoloqa müraciət edilməsi ən doğru yanaşmadır.Nəticə...

29 Aprel 2026, 13:22

Saç tökülməsi niyə artır? – Mütəxəssis rəyi  

Son illərdə saç tökülməsi ilə bağlı müraciətlərin artması diqqət çəkir və mütəxəssislər bunu həm genetik, həm də həyat tərzi ilə əlaqələndirirlər. Ən çox rast gəlinən səbəblərdən biri androgenetik, yəni irsi tipli saç tökülməsidir. Bir çox insan düşünür ki, ailədə saç tökülməsi gec başlayıbsa, onda özündə də gec olmalıdır. Halbuki bu gün stres, qidalanma pozuntuları və ümumi həyat şəraiti səbəbilə bu proses xeyli erkən yaşlarda üzə çıxa bilir.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, genetik meyl varsa, onun aktivləşməsi üçün əlavə faktorlar da rol oynayır. Xroniki stres, hormonal dəyişikliklər, qeyri-düzgün qidalanma və yuxu rejiminin pozulması saç tökülməsini sürətləndirə bilər. Bununla yanaşı, hər saç...

29 Aprel 2026, 11:19

“Boğazımda nəsə var, amma udmur” hissi nədir? – Mütəxəssis rəyi  

Bəzi insanlar tez-tez boğazda yad cisim varmış kimi hiss etdiklərini, lakin udqunma zamanı bunun keçmədiyini bildirirlər. Bu vəziyyət qida və ya su qəbulu ilə bağlı olmur və daha çox boğazda düyünlənmə, sıxılma hissi ilə özünü göstərir. Xüsusilə stress, həyəcan və emosional gərginlik zamanı bu şikayətlər daha da güclənir.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, belə hallar çox vaxt Qloubus hissi kimi tanınan funksional pozuntu ilə əlaqəlidir. Bu zaman pasiyentdə real, yəni orqanik bir problem aşkar olunmur, lakin hisslər kifayət qədər real və narahatedici olur.Qeyd edilir ki, bu vəziyyət diqqət yayındıqda və ya istirahət zamanı azalır, lakin insan narahat olduqda və ya...

28 Aprel 2026, 12:17