8600 şagird ilk dəfə buraxılış imtahanı verəcək
Cəmiyyət 01 May 2026, 16:00
410
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.
Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
"Yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir.
Mərkəzləşdirilmiş imtahanlarda 8600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq.
Həmçinin oxuyun
İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq.
Tətbiq edilən bu yenilik incəsənət təhsilində keyfiyyət standartlarının yüksəldilməsinə, qiymətləndirmə sisteminin daha müasir və effektiv əsaslarla qurulmasına xidmət edir",-məlumatda deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vyanada “Tarixin səhifələri” adlı musiqili tədbir keçirildi
Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.Tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs...
01 May 2026, 17:53
Yevlaxda texniki təhlükəsizliyə dair müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.FHN-dən Citypsot.az-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov...
01 May 2026, 17:34
Fuad Musayev Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinlədi
Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb....
01 May 2026, 17:28
Sabah magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 2-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
01 May 2026, 17:16
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07