Bizə yazın

Baku

-°C

USD

-

Diplomatlar Qarabağ Universiteti ilə tanış olublar 

Cəmiyyət 01 May 2026, 15:15

471

Xarici diplomatlar Xankəndidə - Qarabağ Universitetində olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az verilən məlumata görə, nümayəndə heyətini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusifov müşayiət edib.

Universitetdə qonaqları ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov qarşılayıb.

Görüş zamanı rektor Qarabağ Universitetinin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu, fakültələr və tələbələrin tədris prosesi barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində xarici diplomatlar ali təhsil ocağının incəsənət, iqtisadiyyat və tibb korpuslarında olublar. Qonaqlar yeni yaradılan fakültələrlə yaxından tanış olub, tələbələrlə görüşərək onların təhsil imkanları və gündəlik fəaliyyəti ilə maraqlanıblar.

Diplomatik nümayəndələr universitetdə yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qlobal Cənub Gənclər Platforması yaradılıb 

Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.APA xəbər verir ki, bu qərar Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu çərçivəsində verilib.“İki günlük Beynəlxalq Gənclər Forumunun uğurla başa çatmasından sonra, böyük şərəf hissi ilə rəsmi olaraq Qlobal Cənub-Şərq Platformasının yaradıldığını elan edirik”,- Abbas Abbasov qeyd edib.

01 May 2026, 16:34

Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.Məsələ ilə bağlı Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:"Partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam edir". 

01 May 2026, 15:43

Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aprel ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 344 piyada əleyhinə mina, 116 tank əleyhinə mina, 3410 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 7788,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

01 May 2026, 15:36

MN-in sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb 

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.Citypost.az-a bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və İ.Haqverdiyevə cərimə cəzası kəsilib.Qeyd edək ki, İ.Haqverdiyev 2025-ci ilin oktyabr ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur....

01 May 2026, 14:33

Şuşada DİM üzrə pilot layihəyə start verilib 

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verilib.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.Məlumata görə, layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti institutları iştirak edib.Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin lokallaşdırılmasının əhəmiyyəti, bu istiqamətdə dövlət qurumlarının rolu və qarşıda duran əsas prioritetlər barədə məlumat veriblər.Müzakirələr zamanı DİM-lərin lokallaşdırılması prosesi, bu sahədə beynəlxalq təcrübə, şəhər səviyyəsində tətbiqin sosial-iqtisadi təsirləri, eləcə də dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin bu prosesdə rolu nəzərdən keçirilib. Eyni zamanda qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər və...

01 May 2026, 14:27

Zakir Fərəcov növbəti dəfə qəbul keçirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 17-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul keçirib.İH-dən Citypost.az-a verilən xəbərə görə, açıq dialoq şəraitində təşkil olunan görüşün əsas məqsədi vətəndaşların gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarət olub.Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müxtəlif istiqamətləri – kommunal xidmətlər, məşğulluq imkanları, sosial təminat, abadlıq və digər sahələri əhatə edib. Səsləndirilən müraciətlər diqqətlə qeydə alınıb, bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara konkret göstərişlər verilib.Səyyar qəbulda şəhər icra hakimiyyətinin struktur bölmələrinin əməkdaşları ilə yanaşı, müvafiq xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.Qeyd olunub ki, vətəndaş məmnunluğunun...

01 May 2026, 14:10