Sahibə Qafarova Martin Çunqonqla görüşüb
Cəmiyyət 04 May 2026, 17:41
362
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.
Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb. Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb. Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə parlamentlərin töhfəsi olduğunu qeyd edən spiker Sahibə Qafarova Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan yaradacağına inamını ifadə edib.
Həmçinin oxuyun
Martin Çunqonq quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq olub. Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin inkişafında böyük rol oynayıb.
Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət edir.
Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
04 May 2026, 18:47
Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə CİTYpOST.AZ-A Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
04 May 2026, 18:29
Zahid Oruc: “200 illik sükutu pozan çıxış: İrəvanda Azərbaycan liderinin tarixi mesajı”
“Avropa məkanında formalaşmaqda olan yeni siyasi reallıqların və onların Cənubi Qafqaza, xüsusilə də regionumuzun gələcəyinə təsirinin müzakirə olunduğu İrəvan Avropa Siyasi Birliyi Zirvə Toplantısı daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.İlk növbədə, platformanın mahiyyətinə diqqət yetirmək lazımdır. Avropa Siyasi Birliyi klassik mənada institusional struktur deyil, daha çox Avropa İttifaqına daxil olmayan, lakin Avropa siyasi və təhlükəsizlik arxitekturasında yer almaq istəyən ölkələrin dialoq meydanıdır. Burada həm keçmiş Şərq Tərəfdaşlığı ölkələri, həm də fərqli geosiyasi kursa malik dövlətlər təmsil olunur. Qitədə yeni əməkdaşlıq modeli formalaşır.Eyni zamanda, yeni geosiyasi birliyin yaranmasının arxasında açıq şəkildə bir strateji xətt dayanır – Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və...
04 May 2026, 18:08
Meloni Azərbaycana rəsmi səfərə gəldi
İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
04 May 2026, 18:00
Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək
Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək."Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib."Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal...
04 May 2026, 17:58
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub."Unikal"ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşə qatılan Mirsahib Azadov həyatını itirib.Mərhum Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
04 May 2026, 17:51