FHN qeyri-sabit hava ilə əlaqədar müraciət edib
Cəmiyyət 04 May 2026, 17:36
431
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Citypost.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin oxuyun
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
04 May 2026, 18:47
Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə CİTYpOST.AZ-A Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
04 May 2026, 18:29
Zahid Oruc: “200 illik sükutu pozan çıxış: İrəvanda Azərbaycan liderinin tarixi mesajı”
“Avropa məkanında formalaşmaqda olan yeni siyasi reallıqların və onların Cənubi Qafqaza, xüsusilə də regionumuzun gələcəyinə təsirinin müzakirə olunduğu İrəvan Avropa Siyasi Birliyi Zirvə Toplantısı daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.İlk növbədə, platformanın mahiyyətinə diqqət yetirmək lazımdır. Avropa Siyasi Birliyi klassik mənada institusional struktur deyil, daha çox Avropa İttifaqına daxil olmayan, lakin Avropa siyasi və təhlükəsizlik arxitekturasında yer almaq istəyən ölkələrin dialoq meydanıdır. Burada həm keçmiş Şərq Tərəfdaşlığı ölkələri, həm də fərqli geosiyasi kursa malik dövlətlər təmsil olunur. Qitədə yeni əməkdaşlıq modeli formalaşır.Eyni zamanda, yeni geosiyasi birliyin yaranmasının arxasında açıq şəkildə bir strateji xətt dayanır – Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və...
04 May 2026, 18:08
Meloni Azərbaycana rəsmi səfərə gəldi
İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
04 May 2026, 18:00
Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək
Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək."Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib."Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal...
04 May 2026, 17:58
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub."Unikal"ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşə qatılan Mirsahib Azadov həyatını itirib.Mərhum Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
04 May 2026, 17:51