"Naxçıvan – memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olunub
Cəmiyyət 08 May 2026, 10:37
352
“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub.
Citypost.az xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.
Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.
Həmçinin oxuyun
Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.
Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MM komitə sədri: İnsan alveri cinayətlərinin dinamikasında azalma müşahidə olunur
Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında azalma müşahidə olunur.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.Komitə sədri deyib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün sayca 5-ci Milli Fəaliyyət Planı hazırlanıb, ictimaiyyətin, ekspert və mütəxəssislərin müzakirəsinə verilib: “Hesabatın təhlili göstərir ki, son 20 il...
08 May 2026, 10:34
Naxçıvanda bu ayın pensiyaları ödənilib
Naxçıvanda may ayının pensiya ödənişləri başa çatdırılıb."Report"un yerli bürosunun məlumatına görə, ödənişlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.
08 May 2026, 10:19
Elçin Hüseynbəyli Azər Həsrətə dəstək verdi: “Tarixi həqiqətlər təhrif edilməməlidir”
Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli həmkarı, Əməkdar jurnalist və siyasi ekspert Azər Həsrətə qarşı aparılan kampaniyaya münasibət bildirib.Citypost. az xəbər verir ki, Yazıçı sosial şəbəkə paylaşımında Azər Həsrətə qarşı yönələn tənqidləri və ona qoşulanları kəskin şəkildə qınadığını qeyd edib. O, Həsrətin çıxışlarının yanlış təqdim olunduğunu və tarixi faktların təhrif edilməsinə qarşı çıxdığını vurğulayıb.Elçin Hüseynbəyli bildirib ki, türk xalqlarının İslamdan əvvəlki dövrü tarixən mövcud olub və Göytürklərin inanc sistemi, köçəri həyat tərzi və mədəni ənənələri elmi mənbələrdə geniş şəkildə yer alır.O, həmçinin qeyd edib ki, İslamın sonradan türk xalqları tərəfindən qəbul edildiyini və bunun tarixi reallıq olduğunu vurğulayıb. Yazıçı əlavə...
08 May 2026, 10:07
Ronen Krausz Albert Aqarunovun məzarını ziyarət edib
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar."Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan...
08 May 2026, 10:00
Lənkəranın bu kəndlərində işıq olmayacaq
Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
08 May 2026, 09:46
Keçən il 14 insan alverçisi azadlıqdan məhrum edilib - 4-ü qadındı
2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır.Vurğulanıb ki, 2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub....
08 May 2026, 09:43