Mükafat alan əməkdar artist: “İstedada dəyər verilməsi hər şeydən qiymətlidir”
Sənət aləmi 08 May 2026, 10:33
509
Xəbər verdiyimiz kimi, ötən gün bir qrup incəsənət xadimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülüb.
Citypost.az-ın məlumatına görə, siyahıda Sumqayıt Dövlət Dram Teatrının əməkdar artisti Sədaqət Nuriyeva da yer alıb.
Mükafata layiq görülən sənətçi Oxu24.com-a açıqlamasında sevincini bölüşüb və qərarın onun üçün gözlənilməz olduğunu bildirib.
O qeyd edib ki, onu ilk təbrik edən teatrın mətbuat katibi Turan Etibaroğlu olub:“Bu mükafat ölkəmizin sənət fədailərinə dövlət başçısı tərəfindən göstərilən qayğı və ehtiramın böyük təcəssümüdür”.
Sədaqət Nuriyeva 2018-ci ildə Əməkdar artist fəxri adına layiq görüldüyünü xatırladaraq, bu gün Prezident mükafatı almasının onun üçün böyük qürur olduğunu bildirib:“Sənətkar üçün əməyinə və istedadına dəyər verildiyini görmək dünyada hər şeydən qiymətlidir”.
Həmçinin oxuyun
O, İncəsənət Universitetinin Dram Teatrı və kino aktyorluğu fakültəsini fərqlənmə ilə bitirib doğma teatrına təyinat aldığını, o dövrdə belə bir mükafata layiq görüləcəyini düşünmədiyini vurğulayıb.
Aktrisa sənət yolunda bütün müəllimlərinə, rejissorlarına və tərəf müqabillərinə təşəkkür edib, həmçinin Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyevə və yaradıcı şöbənin müdiri Firudin Məhərrəmova göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
“Azərbaycan səhnəsinə xidmət edirəm”, – deyə sənətçi bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xalq artisti “Çarəsiz” serialını tənqid etdi
Xalq artisti Məzahir Süleymanov ATV kanalında yayımlanan “Çarəsiz” serialı ilə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, aktyor serialın quruluşçu rejissorunu tənqid edərək ekran işində süjet və ssenari xəttinin zəif olduğunu bildirib. O, paylaşımında serialın daha çox klip estetikasını xatırlatdığını vurğulayıb.“Mən belə başa düşdüm ki, ATV kanalında gedən “Çarəsiz” serialının quruluşçu rejissoru sanki unudub ki, klip yox, serial çəkməlidir. Nə olub dostlar, ssenari yazan tapmırsınız?” – deyə Xalq artisti qeyd edib.Qeyd edək ki, “Çarəsiz” serialında əri tərəfindən şiddətə məruz qalan, xəyanət görən və övladını itirən bir ananın həyat hekayəsindən bəhs olunur. Serialda qadının çarəni başqa bir körpədə tapması, eyni...
08 May 2026, 09:49
Akif İslamzadənin ürəyinə stent qoyulub
Akif İslamzadə xəstəxanaya yerləşdirilib.Bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib
08 May 2026, 09:14
Ə.Lalayev: “Bu gün Musiqili Teatrın siması Afaq Bəşirqızıdır”
“Bu gün Musiqili Teatrın siması Afaq Bəşirqızıdır”Citypost.az xəbər verir ki, bu fikri teleqraf.az saytına müsahibəsində uzun illər Akademik Musiqili Teatra rəhbərlik etmiş görkəmli sənətşünas , rejissor - pedaqoq , Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi , sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent Əliqismət Lalayev bildirib . O , müsahibəsində teatra rəhbərlik etdiyi müddətdə kollektivin əldə etdiyi böyük ugurlardan , yaşlı nəslin gənclərə qaygısından , sənətə yeni gələn aktyorların , musiqiçi və xor artistlərinin , balet artistlərinin kastinq yolu ilə teatra cəlb olunmasından söhbət açıb . Teatrın Amerikadan tutmuş ən müxtəlif xarici dövlətlərə - Albaniya , Rusiya ,...
07 May 2026, 14:12
“Şekspir” tamaşası yenidən təqdim olunub
Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub.Bu barədə Citypost.az-a teatrdan məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib.Daha sonra qonaqlar tamaşanı izləyiblər.Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personajhətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar.Rejissor Mərahim Fərzəlibəyov “Şekspir” əsəri vasitəsilə Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edib.Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət...
06 May 2026, 17:34
Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub
Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.Teatrından Citypost.az-a bildirilib ki, kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, nəsillər boyu uşaqların sevimlisinə çevrilmiş məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Bu yanaşma klassik...
06 May 2026, 17:22
“Araşdırın!” filmi 48 il sonra Dövlət Film Fondunun arxivinə daxil edilib
“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Film Fondu məlumat yayıb.Qeyd edilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Aktyor Fazil Salayevin kinoda son işidir.Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq...
06 May 2026, 17:06