Tək böyrəklə yaşamaq mümkündürmü? - HƏKİM RƏYİ
Tibb 08 May 2026, 10:47
347
İnsan orqanizmi çox mürəkkəb və eyni zamanda adaptasiya qabiliyyəti yüksək olan bir sistemdir. Böyrəklər də bu sistemin ən vacib orqanlarından biridir. Normal halda insanın iki böyrəyi olur və onlar birlikdə gündə təxminən 150–200 litr qan plazmasını filtrasiya edərək orqanizmdə su-duz balansını və toksinlərin atılmasını təmin edir.
Citypost.az-ın məlumatına görə, lakin bəzi hallarda – anadangəlmə xüsusiyyətlər, travmalar və ya xəstəliklər nəticəsində – insan tək böyrəklə də yaşaya bilər. Bu zaman orqanizmdə maraqlı bir adaptasiya prosesi baş verir.
Əgər bir böyrək funksiyasını itirirsə və ya çıxarılırsa, digər sağlam böyrək zamanla kompensator şəkildə böyüyür və onun funksional yükü artır. Bu proses “kompensator hipertrofiya” adlanır. Yəni sağlam böyrək təkbaşına iki böyrəyin işini görməyə çalışır.
Bu vəziyyət o demək deyil ki, böyrək iki dəfə “güclü” olur, lakin onun işlək hüceyrələri daha aktiv fəaliyyət göstərərək bədənin ehtiyacını qarşılamağa çalışır. Buna görə də tək böyrəklə yaşayan insanlar uzun illər normal həyat sürə bilirlər.
Bununla belə, belə şəxslərin mütəmadi tibbi nəzarətdə olması vacibdir. Çünki zamanla sağlam böyrəyin üzərinə düşən yük artdıqda onun funksiyasında dəyişikliklər ola bilər. Adətən 3–6 ay və ya ildə bir dəfə aparılan müayinələr böyrəyin ölçüsünü, strukturunu və funksional vəziyyətini qiymətləndirmək üçün kifayət edir.
Həmçinin oxuyun
Əgər böyrəkdə kiçilmə, struktur dəyişiklik və ya funksional zəifləmə müşahidə olunarsa, bu artıq diqqət tələb edən vəziyyət sayılır. Əksinə, böyrək stabil ölçüdə qalır və normal işləyirsə, uzunmüddətli problem gözlənilmir..
Nəticə olaraq, tək böyrəklə yaşamaq mümkündür və bir çox insan bunu uğurla edir. Əsas şərt düzgün nəzarət, sağlam həyat tərzi və mütəmadi müayinələrdir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fonksiyonel tibb nədir?
Fonksiyonel tibb, insan bədəninə yalnız xəstəliklər və simptomlar üzərindən deyil, bütöv bir sistem kimi yanaşan müasir tibbi yanaşmadır. Burada əsas məqsəd təkcə xəstəliyi adlandırmaq və ya simptomu yatırmaq deyil, həmin problemin kökündə duran səbəbi tapmaq və onu aradan qaldırmaqdır..Citypost.Az xəbər verir ki ki,bu yanaşmada insan orqanizmi “ayrı-ayrı orqanlar toplusu” kimi deyil, bir-biri ilə daima əlaqədə olan mürəkkəb biokimyəvi sistem kimi qiymətləndirilir. Yəni biz burada daha çox makro səviyyədən mikro səviyyəyə enirik – hüceyrə, molekul və metabolik proseslər səviyyəsinə.Əslində insan bədənində baş verən hər şey biokimya ilə bağlıdır. Hər hüceyrə müəyyən bir mühitdə yaşayır və həmin mühitdəki balans pozulduqda hüceyrənin funksiyası...
08 May 2026, 08:21
Mədə xərçəngi birdən yaranmır: kiçik siqnallar böyük risklərin başlanğıcıdır
Mədə xərçənginin qəfil və səbəbsiz yarandığı ilə bağlı düşüncə geniş yayılıb. Halbuki bu, tibbi baxımdan doğru deyil.Citypost.az xəbər verir ki , mütəxəssislərin fikrincə, insan orqanizmində hər gün potensial xərçəng hüceyrələri yaranır, lakin güclü immun sistemi onları vaxtında məhv edərək xəstəliyin inkişafının qarşısını alır.Problem isə bədənin verdiyi ilkin siqnallara diqqət yetirilmədikdə başlayır.Həkimlər bildirir ki, mədə xərçəngi əksər hallarda uzunmüddətli və nəzarətsiz qalan həzm sistemi problemləri fonunda inkişaf edir. Məsələn, adi qastrit, mədədə yanma hissi, diskomfort və ya həzm pozuntuları ilkin mərhələdə ciddi qəbul olunmadıqda, zamanla daha ağır fəsadlara gətirib çıxara bilər. Bu mərhələdə müalicə olunmayan iltihab prosesləri mədə selikli qişasında zədələnmələr...
07 May 2026, 13:20
Xroniki böyrək xəstəliyi necə yaranır? – Səssiz inkişaf edən təhlükə
Xroniki böyrək xəstəliyi (XBX) birdən-birə yaranan bir problem deyil. Əksinə, bu xəstəlik illər ərzində, çox vaxt heç bir aydın simptom vermədən tədricən inkişaf edir. Bir çox insan səhər oyanıb “mən böyrək xəstəsiyəm” deməz – çünki bu proses səssiz və gizli şəkildə irəliləyir.Citypost.az xəbər verir ki , əsas məsələ ondan ibarətdir ki, xroniki böyrək xəstəliyi çox vaxt digər xroniki xəstəliklərin nəticəsi kimi ortaya çıxır. Məsələn, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və ürək-damar xəstəlikləri böyrəklərə uzunmüddətli zərər verərək onların funksiyasını zəiflədir. Bu xəstəliklər zamanı damar sistemi zədələnir və nəticədə böyrəklərin süzmə qabiliyyəti tədricən azalır.Böyrəklər orqanizmdə filtrasiya funksiyasını yerinə yetirir –...
07 May 2026, 10:16
Yaş qruplarına görə ən çox rast bəlinən ürək xəstəlikləri
Ürək-damar xəstəlikləri insan orqanizmində yaş artdıqca fərqli formalar alır və müxtəlif risk faktorlarının təsiri ilə dəyişir. Bu xəstəliklərin təzahürü yalnız genetik xüsusiyyətlərdən deyil, həm də həyat tərzi, qidalanma, stress və yaşlanma prosesindən asılıdır. Ümumilikdə ürək xəstəliklərini yaş dövrlərinə görə qiymətləndirmək onların daha düzgün anlaşılmasına imkan verir.Citypost.az-ın məlumatına görə, gənc yaşlarda, yəni təxminən 25 yaşa qədər olan dövrdə ürək problemləri əsasən anadangəlmə və ya genetik mənşəli olur. Bu mərhələdə ən çox rast gəlinən hallara anadangəlmə ürək qüsurları, ürək əzələsinin iltihabı olan miokardit, eləcə də kardiomiopatiyalar aiddir. Bundan əlavə, ritm pozğunluqları – taxikardiya və WPW sindromu kimi aritmiyalar da gənclərdə müşahidə oluna...
06 May 2026, 08:21
Ödün “yuyulması” hər kəs üçün uyğundurmu?
Öd sistemi ilə bağlı son dövrlərdə geniş müzakirə olunan “ödün yuyulması” mövzusuna mütəxəssislər aydınlıq gətirib.Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, öd kisəsi orqanizmdə qaraciyərdə istehsal olunan ödün toplanması və həzm prosesinə yönləndirilməsi funksiyasını yerinə yetirir. Bu proses normal fizioloji mexanizmlə tənzimlənir və sağlam insanlarda əlavə müdaxiləyə ehtiyac olmur.Mütəxəssislər bildirirlər ki, öd yollarının “təmizlənməsi” və ya stimullaşdırılması yalnız tibbi göstəriş əsasında aparıla bilər. Bu məqsədlə ilk növbədə qarın boşluğunun ultrasəs müayinəsi vasitəsilə öd kisəsinin vəziyyəti qiymətləndirilir.öd daşı xəstəliyi, öd durğunluğu və ya digər patoloji hallar aşkarlandıqda isə müalicə həkim tərəfindən fərdi olaraq planlaşdırılır.Həkimlər vurğulayırlar ki, “ödün yuyulması” kimi prosedurların profilaktik məqsədlə...
05 May 2026, 13:58
Hər çürük dişdə sinir çıxarılmır - Həkim RƏYİ
Stomatoloji praktikada tez-tez rast gəlinən suallardan biri diş müalicəsi zamanı sinirin (pulpanın) çıxarılıb-çıxarılmaması ilə bağlıdır. Qeyd etmək vacibdir ki, hər çürük dişdə sinirin götürülməsi tələb olunmur.Citypost.az-ın məlumatına görə, əgər diş pulpası sağlamdırsa və iltihab əlamətləri yoxdursa, bu zaman yalnız kariyes toxuması təmizlənir və diş plombla bərpa edilir. Bu yanaşma həm dişin canlılığını qoruyur, həm də uzunmüddətli funksional nəticə verir.Lakin pulpa zədələnmiş, infeksiyalaşmış və ya iltihab prosesi başlamışdırsa, artıq konservativ müalicə kifayət etmir. Belə hallarda endodontik müalicə aparılır, yəni dişin siniri çıxarılır və kök kanalları xüsusi üsullarla işlənərək doldurulur.Nəticə etibarilə, qərar hər bir pasiyent üzrə fərdi olaraq klinik müayinə və diaqnostik nəticələr...
05 May 2026, 10:57