Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
Cəmiyyət 08 May 2026, 11:12
209
Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Citypost.az xəbər verir ki, tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.
Tədbirdə Baş prokuror Kamran Əliyev Ulu öndərin həyat və fəaliyyəti barədə çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev ölkədə aparılan hüquq islahatlarında Heydər Əliyevin rolu barədə danışıb. O, azad edilən ərazilərdə görülən işlər, bu çərçivədə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda prokurorluq orqanları üçün yaradılan şəraitə diqqət çəkib.
Həmçinin oxuyun
Tədbirdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin ölkənin dünyada artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Sonda şəhərsalma ilə bağlı videoçarx nümayiş olunub. (APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
08 May 2026, 10:55
"Naxçıvan – memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olunub
“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub.Citypost.az xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların...
08 May 2026, 10:37
MM komitə sədri: İnsan alveri cinayətlərinin dinamikasında azalma müşahidə olunur
Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında azalma müşahidə olunur.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.Komitə sədri deyib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün sayca 5-ci Milli Fəaliyyət Planı hazırlanıb, ictimaiyyətin, ekspert və mütəxəssislərin müzakirəsinə verilib: “Hesabatın təhlili göstərir ki, son 20 il...
08 May 2026, 10:34
Naxçıvanda bu ayın pensiyaları ödənilib
Naxçıvanda may ayının pensiya ödənişləri başa çatdırılıb."Report"un yerli bürosunun məlumatına görə, ödənişlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.
08 May 2026, 10:19
Elçin Hüseynbəyli Azər Həsrətə dəstək verdi: “Tarixi həqiqətlər təhrif edilməməlidir”
Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli həmkarı, Əməkdar jurnalist və siyasi ekspert Azər Həsrətə qarşı aparılan kampaniyaya münasibət bildirib.Citypost. az xəbər verir ki, Yazıçı sosial şəbəkə paylaşımında Azər Həsrətə qarşı yönələn tənqidləri və ona qoşulanları kəskin şəkildə qınadığını qeyd edib. O, Həsrətin çıxışlarının yanlış təqdim olunduğunu və tarixi faktların təhrif edilməsinə qarşı çıxdığını vurğulayıb.Elçin Hüseynbəyli bildirib ki, türk xalqlarının İslamdan əvvəlki dövrü tarixən mövcud olub və Göytürklərin inanc sistemi, köçəri həyat tərzi və mədəni ənənələri elmi mənbələrdə geniş şəkildə yer alır.O, həmçinin qeyd edib ki, İslamın sonradan türk xalqları tərəfindən qəbul edildiyini və bunun tarixi reallıq olduğunu vurğulayıb. Yazıçı əlavə...
08 May 2026, 10:07
Ronen Krausz Albert Aqarunovun məzarını ziyarət edib
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar."Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan...
08 May 2026, 10:00