Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı alim yüksək medala layiq görülüb

Cəmiyyət 13 May 2026, 10:49

140

Tədqiqatçı-türkoloq, yazıçı Şahnaz Kamal mükafata layiq görülüb.

Citypost.az xəbər verir ki, alim “Facebook” hesabında paylaşım edərək məşhur özbək şairi və Özbəkistan Respublikasının himninin müəllifi Abdulla Oripov adına təsis edilən medala layiq görüldüyünü bildirib.

Şahnaz Kamal ona göstərilən etimada görə təşəkkürünü ifadə edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda vəkillərin sayı 2950 nəfərə çatıb 

Azərbaycanda vəkillərin sayı 2 950 nəfərə çatıb."Report" xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı deyib.Anar Bağırov bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub:"Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub".Onun sözlərinə görə, bugünkü mərasimdə daha 64 namizəd təntənəli şəkildə and içərək Kollegiyanın sıralarına qəbul olunub:"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı...

13 May 2026, 10:47

Kərim Kərimli:Niyə Ayaz Mütəllibov kitabını rus dilində yazıb? 

Tanınmış yazıçı və jurnalist Kərim Kərimli keçmiş prezident Ayaz Mütəllibov ilə bağlı paylaşım edib.Kərim Kərimli “Facebook” hesabında yazıb ki, keçmiş iş yoldaşı və dostu Etibar Cəbrayıloğlu Ayaz Mütəllibovun doğum günü münasibətilə maraqlı status paylaşıb. Paylaşımda qeyd olunub ki, Ayaz Mütəllibov 2000-ci ildə rus dilində yazdığı, sonradan Azərbaycan dilinə tərcümə olunan “70 ilin 70 anı” kitabını avtoqrafla jurnalistə göndərib.Yazıçı paylaşımında əsas diqqəti kitabın rus dilində yazılması və kiril qrafikası ilə çap olunmasına yönəldib. O bildirib ki, Azərbaycanın dövlət başçısı olmuş şəxsin fikirlərini dövlət dilində ifadə etməməsi suallar yaradır.Kərim Kərimli hesab edir ki, dövlət vəzifəsində olmuş şəxslər dövlət dilinə və əlifbasına xüsusi...

13 May 2026, 10:39

Binə qəsəbəsində qaz olmayacaq 

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

13 May 2026, 10:25

FHN Bakı Avropa Liseyində təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Bakı Avropa Liseyində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən liseyin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani...

13 May 2026, 10:05

BDYPİ sürücülərə müraciət etdi

Məcburu dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir.Bu barədə Citypost.az  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib."Problemin aktuallığını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır.Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən...

13 May 2026, 09:55

Daha 3 itkin-şəhid dəfn ediləcək 

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.İtkin-şəhidlərin hər 3-ü hərbçidir.

13 May 2026, 09:33