İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 26 May 2026, 16:45
383
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Həmçinin oxuyun
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İyunda havanın temperaturu normadan yüksək olacaq
İyun ayına olan hava proqnozu açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq....
26 May 2026, 17:48
“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib
“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub.“AzerGold”dan Citypost.az-a verilən məlumata görə, aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər.Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər.Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.Qeyd edilib ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara...
26 May 2026, 17:43
Zəngilanda dağlq ərazidə köməksiz qalmış cüyür balasını əsgərlər xilas edib
Mayın 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.Citypost.az xəbər verir ki, bu barədə DSX-dan bildirilib.Hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilmişdir. Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan...
26 May 2026, 17:41
Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay,...
26 May 2026, 17:29
Göyçayda 14 il əvvəl törədilmiş qətlin üstü açılıb
Azərbaycanda 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.Məlumata görə, 21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən...
26 May 2026, 17:19
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.Bu barədə Citypost.az DİM-dən məlumat verilib.Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Bu imtahanda iştirakı nəzərdə tutulan 55282...
26 May 2026, 17:06