Bizə yazın

Baku

-°C

USD

-

TikTok Ajans.az-ın və Tural Müseyibovun səhifələrini rəsmən təsdiqlədi 

Cəmiyyət 26 May 2026, 13:32

311

TikTok platforması Ajans.az-ın baş redaktoru Tural Müseyibovun və Ajans.az səhifəsinin rəsmi hesablarını təsdiqləyib. 

Citypost.az xəbər verir ki, bu Ajans.az-ın rəsmi statusunu təsdiqləyərək onun etibarlı olduğunu daha da gücləndirir.

Rəsmi təsdiq auditoriyaya mənbənin doğruluğunu daha asan müəyyən etməyə imkan verir və istifadəçilərin xəbərlərə daha etibarlı şəkildə çıxışını təmin edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm İlham Heydər oğlu.Əziz Qardaşım.Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin...

26 May 2026, 13:58

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman ölkəyə gəlib.Citypost.az  xəbər verir ki, diplomat bu barədə "X" hesabında paylaşım edib."Bundan əvvəl Azərbaycanda olmağıma baxmayaraq Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi buraya gəlmək fərqli hissdir. Bu ölkənin mədəniyyətini və qonaqpərvərliyini hiss etmişəm. Ölkələrimizi artıq 30 ildən çoxdur ki, möhkəm dostluq və qarşlıqlı etimad bağları birləşdirir. İkitərəfli münasitəblərimizi strateji tərəfdaşlıq səvyiyyəsinə yüksəltdiyimiz dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram", - deyə səfir bildirib.Qeyd edək ki, Böyük Britaniya səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti mayın 22-də başa çatıb....

26 May 2026, 13:51

Milli Məclis Prezident və Birinci xanımı Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 28 may - Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən son plenar iclasında spiker Sahibə Qafarova təkliflə çıxış edib.Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

26 May 2026, 13:50

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Mayın 27-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

26 May 2026, 13:35

Ali Məhkəməyə yeni hakimlərin təyinatı təsdiqlənib 

Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir.Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul edilib....

26 May 2026, 13:25

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, may ayının 22-də Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

26 May 2026, 13:08