Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Kənd təsərrüfatı Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas dayaqlarındandır

Siyasət 26 May 2026, 17:32

1764

Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində  yol xəritəsidir. Ulu Öndərin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin edən  neft strategiyasının davamlı uğurları  bu gün ölkəmizin hərtərəfli inkişafında özünün aydın  ifadəsini tapır. Belə ki, neft gəlirlərindən səmərəli istifadə edilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması həm ölkənin dayanıqlı iqtisadi inkişafına təmin edir, həm də  hər hansı bir çətinlikdən uğurla çıxmasına yol açır. Dünya istər  iqtisadi və maliyyə böhranının geniş vüsət aldığı, istərsə də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrlərdə bunun bir daha şahidinə çevrildi.  İqtisadi  islahatların  dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilməsi, mühüm sosial layihələrin icrası, əhalinin məşğulluq və işsizlik problemlərinin  həllinin hər zaman diqqətdə saxlanılması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması Azərbaycanın  daim iqtisadi inkişafı ilə diqqətdə olmasını şərtləndirir.

Bu gün artıq digər bölgələrimiz kimi, işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə məsələsi də gündəmdədir. Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi hər zaman beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ən islahatçı ölkə kimi tanınır, nüfuz qazanır. Bütün bunlar Azərbaycanın hər zaman dövrün çağırışlarının yüksək səviyyədə cavablandırmasından, iqtisadi inkişaf strategiyasını  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən  müəyyənləşdirməsindən irəli gəlir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Bu gün həmin hədəflərin reallıqda öz əksini tapdığını görürük. May ayının 25-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə  keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlar geniş təhlil edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, ölkəmizdə  qeyri-neft sektorunun əsas inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır. Dövlətin bu sahəyə göstərdiyi diqqətin  nəticəsidir ki, Azərbaycan   nəinki bir çox  məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir,  hətta xaricə də  ixrac edir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşmışdır.

Prezident İlham Əliyev müşavirədə torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması, su təchizatı, aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və sair kimi məsələlərdən geniş bəhs etdi. Diqqəti ilk dəfə Prezident seçildikdən sonra qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına yönəldərək bu sənədin icrası nəticəsində  qazanılan uğurlardan da  danışdı. Vurğuladı ki, kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir: “Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.  Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki, Regional inkişaf proqramlarının uğurlu icrası şəhərlə kənd arasında müəyyən fərqlərin aradan götürülməsini də təmin etdi. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də  iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində müzakirə edilən  kəndlərdən şəhərlərə olan axın məsələsinə diqqəti yönəldərək bildirdi ki, bu, təkcə ölkəmiz  deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır.  Regional İnkişaf  proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.  Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla həyata keçirilib. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət alıb. Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün  kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Milli Məclisin deputatı bildirib ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların  böyük həcminin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin inkişafının prioritetliyi ilə yanaşı, mövcud imkanlarımızın da təqdimatıdır. Azərbaycan investisiya cəlbediciliyə malik ölkədir. Ölkəmizdə  mühüm investisiya mühiti mövcuddur. Prezident İlham Əliyev müşavirədə bu çağırışı da etdi ki, həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda,  xarici investorları  həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün Azərbaycanın beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Azərbaycan  dünya miqyasında çox yüksək reputasiyaya malikdir. Bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə Azərbaycanla  əməkdaşlıq etmək istəyirlər. Ölkəmizdə bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradılır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ixrac imkanlarını genişləndirmək üçün zəruri olan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Bir sözlə, kənd təsərrüfatı sahəsində  məhsuldarlığın artırılması, ekoloji təmiz məhsul istehsalı və işğaldan azad edilmiş ərazilərin aqrar potensialının dirçəldilməsi ölkənin iqtisadi modelinin mərkəzində dayanır. Fermerlərə verilən subsidiyaların tam rəqəmsallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması,  şəffaflığın təmin edilməsi, güzəştli kreditlərin fermerlər üçün əlçatanlığının artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və kiçik ailə təsərrüfatlarının dəstəklənməsi əsas prioritetlərdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hisəsidir. Daxili tələbatın yerli məhsullarla ödənilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafına xüsusi diqqət göstərilir. Bu bölgələrdə üzümçülüyün, taxılçılığın, pambıqçılığın və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır. Bu potensialdan səmərəli istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Artıq bu bölgələrdə də aqroparkların yaradılmasına xüsusi diqqət göstərilir.

Millət vəkili bildirib ki, hədəflər uğurların davamlılığında stimulverici amildir. Onlara yüksək səviyyədə və zamanında nail olmaq üçün Dövlət proqramlarının qəbuluna böyük ehtiyac yaranır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı qeyd etmək istərdik. Məqsəd nəzərdə tutulan dövr üçün  aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi,  balıqçılıq və akvakultura sahələrinin inkişafıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...

08 İyun 2026, 10:35

Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...

08 İyun 2026, 10:23

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...

08 İyun 2026, 10:11

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...

08 İyun 2026, 09:10

Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...

08 İyun 2026, 08:19

Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir  

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...

08 İyun 2026, 08:05