Bizə yazın

Baku

-°C

USD

-

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub

Cəmiyyət 26 May 2026, 17:00

309

Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Citypost.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin ediliblər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri;

ağır cinayətlər məhkəmələri üzrə:

Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri;

Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri;

apellyasiya məhkəmələri üzrə:

Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

ağır cinayətlər məhkəmələri üzrə:

Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi;

hərbi məhkəmələr üzrə:

Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi;

kommersiya məhkəmələri üzrə:

Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

rayon (şəhər) məhkəmələri üzrə:

Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;

Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli Prezident Əliyev.Müstəqillik Gününüz münasibətilə Sizi və əziz Azərbaycan xalqını təbrik etmək istəyirəm.2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir. Ötən ilin avqust ayında parafladığınız...

26 May 2026, 18:00

Bulvarda qadına hücum edən şəxs həbs edilib 

Bulvarda qadına hücum edən şəxs həbs edilib.Citypost.az xəbər verir ki, onun barəsində Səbail rayon məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

26 May 2026, 17:50

İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib 

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan...

26 May 2026, 17:49

İyunda havanın temperaturu normadan yüksək olacaq 

İyun ayına olan hava proqnozu açıqlanıb.Bu barədə Citypost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq....

26 May 2026, 17:48

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib 

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub.“AzerGold”dan Citypost.az-a verilən məlumata görə, aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər.Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər.Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.Qeyd edilib ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara...

26 May 2026, 17:43

Zəngilanda dağlq ərazidə köməksiz qalmış cüyür balasını əsgərlər xilas edib 

Mayın 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.Citypost.az xəbər verir ki, bu barədə DSX-dan bildirilib.Hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilmişdir. Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan...

26 May 2026, 17:41