Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: "Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir”…   

Cəmiyyət 26 May 2026, 13:55

482

Ailə institutu milli kimliyin, sosial harmoniyanın və cəmiyyətin davamlı inkişafının əsas sütunudur. Azərbaycanın dünya siyasi xəritəsindəki mövcudluğunu qoruyan çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən milyonlarla ailədir.

Citypost.az  xəbər verir ki,bunu Milli Məclisin iclasında  deputat Zahid Oruc bildirib.

"30 ildən sonra qazandığımız Qarabağ Zəfəri "qaçqın və məcburi köçkün ailələr" məfhumunu tarixə qovuşdurdu. Gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən azərbaycanlı ailələrə yol açdı. Tarixi dönüşün rəmzi olaraq 21-ci əsrin tək qalib xalqının öz "Milli Ailə Günü" olması təbii və layiqli bir qərar olardı.

Hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır. Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. Ona görə də müzakirəyə təqdim edilən ailə institutun barometri sayılacaq 2025-ci il üzrə Ailə, qadın uşaq məsələləri üzrə Dövlət Komitəsinin Məlumatı mühüm analitik sənəddir.

Sənəddə diqqət çəkən ilk məsələ azərbaycanlı ailələrin üzləşdiyi risklərdir. 2025-ci ildə Qadın Dəstək Xəttinə 3954 müraciət daxil olub. Onların 28 faizi psixoloji dəstək, 17 faizi zorakılıq, 15 faizi hüquqi yardım, 9 faizi boşanma məsələləri ilə bağlıdır. Rəqəmlər göstərir ki, zorakılıq artıq yalnız fiziki yox - psixoloji, hüquqi və sosial müdafiə problemi kimi də ciddi yer tutur.

İkinci məsələ mühafizə orderləridir. Komitənin tövsiyəsi - qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması - düzgün yanaşmadır. Çünki zorakılıqda vaxt amili həlledicidir. Zərərçəkən şəxs müdafiəni həftələrlə gözləyirsə, nəticə ağır olur.

Üçüncü ciddi məsələ qohum nikahlarıdır. Milli Məclisin iki il öncə qəbul etdiyi qanun öz bəhrəsini verir: statistikaya baxsaq, 2022-ci ildə 2542 olan belə nikahların sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-ə düşüb. Azalma var, lakin problem tam aradan qalxmayıb. 2025-ci ildə ən yüksək göstəricilər Bakı üzrə 360, Lənkəran-Astara üzrə 223 nəfərdir. Göründüyü kimi, qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır - davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir.

Dördüncü problem ana və uşaq ölümü göstəriciləridir. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə edilsə də, rəqəmlər hələ yüksək olaraq qalır. 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib; hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir. Əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi təklifini parlament də dəstəkləyəcək.

Beşinci məsələ qızların təhsil və ixtisas seçimidir. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə - məktəbdir.

Nəhayət, informasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, TikTok və YouTube kanalları ailə münaqişələrini sensasiyaya çevirir, boşanmanı, zorakılığı, xəyanəti reytinq aləti kimi istifadə edirlər. Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan - sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri ictimai məkanda birinci yerdə dayanmalıdır.

Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir. Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq, ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağa və Şərqi Zəngəzuru qazana, indi  qayıdaraq yeni həyat quran ailələrin nümayişi ailə institutunu xarici hücumlardan qorumaq deməkdir.

Dövlət Komitəsinin fəaliyyətini bir daha yüksək qiymətləndirir, hesabatı ailə, qadın və uşaq siyasəti üzrə qərarların qəbulunda mühüm analitik baza sayır, Komitənin aktiv və sistemli işinə müsbət səs veririk",-deyə  Zahid Oruc bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc: “Məhkəmələrin iş yükü yalnız cinayət işləri ilə məhdudlaşmır”…   

Yeni hakimlərin seçilməsi və yerdəyişmələrə dair məsələ kadr təyinatları sayılsa da, ədalət mühakiməsinin keyfiyyəti, məhkəmə qərarlarına ictimai etimad və vətəndaşların dövlətlə münasibətində ən həssas sahələrdən biri kimi həmişə aktuallığını saxlayır. Çünki qərarlar dövlətin adından çıxarılır.Bu sözləri deputat Zahid Oruc Milli Məclisdəki çıxışı zamanı bildirib.Avropa Şurasının “Avropada həbsxanalar və məhbuslar” üzrə 2025-ci il hesabatı da göstərir ki, Azərbaycanda hər 100 min nəfərə düşən məhbus sayı 271 nəfər, cəzaçəkmə müəssisələrinin doluluq səviyyəsi isə 100 yerə qarşı 98 nəfərdir. Göstəricilər cəza siyasətinə, alternativ cəza mexanizmlərinə və məhkəmə təcrübəsinə daha diqqətli yanaşmanı zəruri edir. Ölkəmizdə kriminogen durumun sabitliyi, o cümlədən, əvf və amnsitiya institututlarının...

26 May 2026, 15:01

Xocalıya daha 9 ailə qayıdıb, mənzillərin açarları təqdim olunub 

Xocalı rayonuna mayın 26-da növbəti köç olub.Bu barədə Citypost.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla 9 nəfər, Badara kəndinə iki ailə olmaqla 4 nəfər, Ballıca kəndinə bir ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən...

26 May 2026, 14:34

Tbilisidə Müstəqillik Günü Azərbaycan və Gürcüstan bayraqları ilə qeyd olunub 

Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə azərbaycanlılar və Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər."Report"un yerli bürosunun məlumatına görə, Azadlıq meydanında keçirilən bayram tədbirlərində iştirak edən soydaşlarımız Azərbaycan və Gürcüstan bayraqları ilə yürüşə qoşulublar.Tədbir iştirakçıları bildiriblər ki, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlar arasında da özünü göstərir.Qeyd edək ki, iki gün sonra Azərbaycan da Müstəqillik Gününü qeyd edəcək. Simvolik məqamlardan biri isə odur ki, həm Gürcüstanın, həm də Azərbaycanın müstəqilliyi Tbilisinin mərkəzində, Azadlıq meydanının yaxınlığında yerləşən tarixi binada elan olunub.Paytaxt Tbilisidə Müstəqillik Günü münasibətilə mədəni, idman və əyləncə tədbirləri davam edir....

26 May 2026, 14:23

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 26-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbul zamanı dini fəaliyyətin təşkili, dini maarifləndirmə işinin təkmilləşdirilməsi, eləcə də digər mövzularla bağlı müraciət və təkliflər dinlənilib.Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib....

26 May 2026, 14:06

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm İlham Heydər oğlu.Əziz Qardaşım.Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin...

26 May 2026, 13:58

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman ölkəyə gəlib.Citypost.az  xəbər verir ki, diplomat bu barədə "X" hesabında paylaşım edib."Bundan əvvəl Azərbaycanda olmağıma baxmayaraq Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi buraya gəlmək fərqli hissdir. Bu ölkənin mədəniyyətini və qonaqpərvərliyini hiss etmişəm. Ölkələrimizi artıq 30 ildən çoxdur ki, möhkəm dostluq və qarşlıqlı etimad bağları birləşdirir. İkitərəfli münasitəblərimizi strateji tərəfdaşlıq səvyiyyəsinə yüksəltdiyimiz dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram", - deyə səfir bildirib.Qeyd edək ki, Böyük Britaniya səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti mayın 22-də başa çatıb....

26 May 2026, 13:51