Bizə yazın

Baku

-°C

USD

-

Tramp-Netanyahu görüşünün əsas mövzusu İran olub

Dünya 28 İyul 2026, 22:25

447

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüşdə əsas müzakirə mövzusu İran olub.

Citypost.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı yüksəkvəzifəli israilli rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təxminən bir saat davam edən görüş məhsuldar keçib.

"Danışıqlar çox yaxşı keçdi. Liderlər gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı müzakirə etdilər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq olduqlarını bir daha təsdiqlədilər. Həmçinin İsrail və ABŞ arasında möhkəm tərəfdaşlıq, eləcə də Yaxın Şərqdəki müxtəlif imkanlar ətrafında fikir mübadiləsi aparıldı", - deyə mənbə bildirib.

Görüşdə ABŞ administrasiyasının aparıcı rəsmiləri də iştirak ediblər.

İsrail Baş nazirinin ofisinin yaydığı fotolara əsasən, ABŞ tərəfini vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dilan Polat haqqında istintaq başladıldı 

Sosial media fenomeni Dilan Polat barəsində yeni istintaq başladılıb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Bildirilir ki, Bakırköy Baş Prokurorluğu Dilan Polatın kommersiya fəaliyyəti çərçivəsində dələduzluq etdiyi iddiası ilə yeni araşdırmaya başlayıb.Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs edilmişdi. Cütlük 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb. ...

28 İyul 2026, 22:36

Sibiqa İranı Rusiyaya dəstəyi dayandırmağa çağırdı

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib.Citypost.az APA-a  xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.Sibiqa bildirib ki, iranlı həmkarı ilə söhbətində diplomatiyanın ən çətin şəraitdə belə birbaşa dialoqdan başladığını vurğulayıb. O, əsas məqsədin gərginliyin daha da artmasının qarşısını almaq olduğunu qeyd edib.Nazirin sözlərinə görə, Ukraynanın bütün addımları yalnız ölkəsini Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc insanları hədəf almaq məqsədi daşımayıb.Sibiqa İranı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini dayandırmağa çağırıb.O əlavə edib ki, Ukraynanın mövqeyi dəyişməz olaraq...

28 İyul 2026, 22:00

Ağ Evdə Tramp və Netanyahu arasında görüş başlayıb 

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.Citypost.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.Məlumata görə, Netanyahu Ağ Evə xidməti girişdən daxil olub.Qeyd olunur ki, ABŞ tərəfi görüş çərçivəsində media nümayəndələri ilə təmasları planlaşdırmayıb.Bu səbəbdən Tramp və Netanyahunun birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulmur. (APA)

28 İyul 2026, 20:32

Zelenski: Trampla "Patriot" üçün lisenziyaları müzakirə etdik

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb."Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün - red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", - deyə o yazıb.V.Zelenski görüşü müsbət xarakterizə edərək onu "yaxşı" adlandırıb.O, həmçinin bu gün dəfn...

28 İyul 2026, 20:10

Gürcüstanın mədəniyyət naziri istefa verib 

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib.Tinatin Ruxadze vəzifəsini tərk etməsini sağlamlıq durumu ilə əlaqələndirib.Qeyd edək ki , Tinatin Ruxadze 2024-cü ilin oktyabrından Gürcüstanın mədəniyyət və idman naziri vəifəsini tuturdu. 2025-ci ildə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin bazasında iki müstəqil qurum - Mədəniyyət Nazirliyi və İdman Nazirliyi yaradılıb. Tinatin Ruxadze həmin vaxt mədəniyyət naziri postuna təyinat almışdı....

28 İyul 2026, 19:47

Paşinyanın həyat yoldaşı sosial şəbəkə üzərindən təhdidlər aldığını bildirib, prokurorluq araşdırmalara başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıq problemi ilə bağlı ictimai açıqlamalarından sonra ünvanına təhdidlər aldığını bəyan edib."Armenpress" xəbər verir ki, Anna Akopyan bildirib ki, hüquq-mühafizə orqanları buna yol verməməlidir.“Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək. Çünki ölkənin birinci xanımına qarşı zorakılıq baş verərsə, bu, Ermənistanın nüfuzuna ciddi zərbə vuracaq”, – deyə o vurğulayıb.Ermənistan Baş Prokurorluğundan artıq faktla bağlı araşdırmalara başlanıldığı bildirilib.Lakin istintaqın maraqları nəzərə alınaraq, əlavə təfərrüatlar açıqlanmayıb. (APA)...

28 İyul 2026, 18:25