Sabirabad xəstəxanasının keçmiş rəhbəri məhkəmə qarşısında
Cəmiyyət 28 İyul 2026, 18:05
492
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynov külli miqdarda mənimsəmədə ittiham olunur.
Citypost.az xəbər verir ki, ittihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəməyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.
Həsən Hüseynovun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cavid Səfərlinin icraatına verilib.
Həmçinin oxuyun
Məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ilkin xəbəri “Qafqazinfo” yayıb.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Harutyunyan və digərlərinin apellyasiya iclası davam edir
İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində...
28 İyul 2026, 19:13
Səbinə Hacıyevaya yeni vəzifə verilib
28 iyul 2026-cı il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor təyin edilib.Citypost.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb.Səbinə Rasim qızı Hacıyeva Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə əlavə təhsil alıb.S.Hacıyeva əmək fəaliyyətinə 2001-ci ildən etibarən peşə təhsili sistemində başlayıb. O, müxtəlif illərdə Dövlət Dəmir Yolu Liseyində laborant, rus dili fənni üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi...
28 İyul 2026, 18:58
IV qrupda bir nəfər 700 bal topladı
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.Modern.az xəbər verir ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən maksimum – 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Tağızadə Samir Hikmət oğlu toplayıb.I ixtisas qrupu üzrə isə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697,5 bal toplayan iki abituriyent göstərib. Onlar Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə. Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı olublar....
28 İyul 2026, 17:56
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az-a bu barədə Dövlət Komitəsindən məlumat verilib.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
28 İyul 2026, 17:37
Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək...
28 İyul 2026, 17:30
Səfər Mehdiyevin bacanağı barədə cinayət işi açıldı
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.Citypost.az “Qafqazinfo" a istinadən xəbər verir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.Qeyd...
28 İyul 2026, 17:18