Vüqar Rəhimzadə: Dil milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır
Cəmiyyət 28 İyul 2026, 15:34
844
Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi, biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ulu Öndər, eyni zamanda, bu çağırışı da edirdi ki, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Ulu Öndərin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorumaq hamımızın vəzifəsidir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dil siyasətinə xüsusi diqqət göstərilib. Azərbaycançılıq ideologiyasının inkişafının və təbliğinin prioritetliyini nəzərə alsaq onun tərkib hissəsi olan dilimizin qorunması istiqamətində davamlı addımların atılması diqqətdən kənarda qalmır. Ulu Öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” fikirləri Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ana dilinə olan dərin sevgini ifadə edir. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük cəsarət tələb edən bir hadisə idi. Belə ki, 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Totalitar Sovet rejimi şəraitində dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər edərək özünün şəxsi nümunəsi ilə onları bu məsələdə prinsipial mövqe nümayiş etdirməyə səsləyirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyasında verilmişdi. Bütün bunlar bir daha sübut edir ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Liderin dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirməklə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını görə bilərik. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin çox böyük əksəriyyətində Ulu Öndərin irəli sürdüyü ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ümummilli Lider ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Dahi rəhbərin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Həmçinin Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına uyğun olaraq hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümumiyyətlə, Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə ana dilimizin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar fərmanlar, sərəncamlar imzalanmış və qanunlar qəbul edilmişdir. 2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin doğma xalqına və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Elə Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı aparılan işlər, görülən zəruri tədbirlər və qazanılan uğurlar da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə vurğulayıb ki, son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dilimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər, atdığı addımlar davamlıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı, həmçinin 2018-ci ildə Azərbaycan dili ilə bağlı iki mühüm sənəd imzaladı. Onlardan biri “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam oldu. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı haqqında” Fərmanı idi. Hər iki sənəd Azərbaycan dilinin bu günü və gələcəyi naminə atılan uğurlu addım olmaqla yanaşı, ümumilikdə müasir müstəqil Azərbaycan dövlətinin, xalqımızın milli ruhunun qorunub-saxlanmasının təqdimatı idi. Prezident İlham Əliyevin 2025-ci ilin 31 iyul tarixində imzaladığı Fərmanla müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək, həmçinin Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aid edilib.
Millət vəkili qeyd edib ki, milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi özündə əks etdirən dilimizin qorunmasına, inkişafına xidmət edən addımların sırası genişdir. Nəzərə alsaq ki, xalqı xalq, milləti millət edən onun dilidir, bu halda atılan və onların fonunda bundan sonra da atılacaq addımların mənzərəsini yaratmaq mümkündür. Ümummilli Lider Heydər Əliyevin “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” fikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilməlidir. Dilimizi sevək, qoruyaq, gələcək nəsillərə çatdıraq. Bu gün hər birimiz qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyan Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün qürurluyuq. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar.
Vüqar Rəhimzadə bildirib ki, ana dilimiz bu gün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını bir ideya ətrafında birləşdirir. Ulu Öndər Heydər Əliyevin ana dilimizi sevmək, onu yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini özündə ehtiva edən çağırışları bu gün də hər birimizin qarşısında mühüm vəzifələr qoyur. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səfər Mehdiyevin bacanağı barədə cinayət işi açıldı
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.Citypost.az “Qafqazinfo" a istinadən xəbər verir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.Qeyd...
28 İyul 2026, 17:18
Tehran rejimi AzTV-ni niyə “düşmən media” elan etdi: informasiya müharibəsinin mahiyyəti və ...
Müasir dövrdə dövlətlər arasında rəqabət təkcə hərbi, iqtisadi və diplomatik müstəvidə getmir. Bu rəqabətin ən həssas istiqamətlərindən biri informasiya və ideoloji müstəvidir. Xüsusilə Cənubi Qafqaz kimi geosiyasi baxımdan mürəkkəb regionda medianın rolu artıq klassik xəbərçilik çərçivəsini aşaraq milli təhlükəsizlik amilinə çevrilib.Əgər hər hansı xarici dövlətin təhlükəsizlik və ya kəşfiyyat strukturu Azərbaycan Dövlət Televiziyasını – AzTV-ni öz maraqlarına qarşı fəaliyyət göstərən media subyekti kimi qiymətləndirirsə, bu, ilk növbədə həmin televiziya kanalının informasiya mübarizəsində təsir imkanlarının etirafı kimi də qiymətləndirilə bilər.AzTV – dövlət mövqeyinin əsas informasiya platformalarından birincisidir. 1956-cı ildən fəaliyyət göstərən AzTV Azərbaycanın ilk televiziya kanalı olmaqla yanaşı, dövlətin rəsmi informasiya...
28 İyul 2026, 17:06
FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar
“Sərhədçi” İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə U15, U18, U21, qadınlar, senior və masterlər arasında ölkə kuboku keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, yarışda ölkənin müxtəlif şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-dən çox idmançı iştirak edərək müxtəlif çəki dərəcələrində sağ və sol qol üzrə öz qüvvələrini sınayıblar.Turnirdə iştirak edən FHN-in qol güləşi üzrə kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, senior kateqoriyasında +105kq çəki dərəcəsində Sumqayıt Regional Mərkəzinn əməkdaşı mayor Rəşad Hacıyev sağ və sol qol üzrə bürünc medal, master kateqoriyasında sağ qol üzrə...
28 İyul 2026, 16:28
Son 5 ildə 913 uşaq ailə himayəsinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.Bildirilib ki, bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir."Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən...
28 İyul 2026, 16:09
Keçmiş polis rəisi vəfat edib
Keçmiş polis rəisi Zakir Kərimov 77 yaşında vəfat edib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun həmyerliləri bildiriblər.23 noyabr 1949-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulan Z.Kərimov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub, 1971-ci ildə oranı bitirib.1973-cü ildə hərbi xidmətini başa vurandan sonra fizika müəllimi işləyib.1975-ci ildə DİN-in Kəlbəcər rayon milis şöbəsində inspektor kimi işə başlayıb, 1978-ci ildə SSRİ DİN-in Akademiyasının qiyabi şöbəsinə daxil olub, elə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunub.1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi alıb.Zakir...
28 İyul 2026, 16:00
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün “Smart media və sosial trend analizi” mövzusunda növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub.Citypost.az xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcə də ictimai rəyin formalaşmasında sosial mövzuların işıqlandırılması barədə geniş izahlar təqdim olunub.Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə interaktiv vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.Sonda media nümayəndələrinə sertifikatlar...
28 İyul 2026, 15:45