Bizə yazın

Baku

-°C

USD

-

Harutyunyan və digərlərinin apellyasiya iclası davam edir

Cəmiyyət 28 İyul 2026, 19:13

400

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da müşahidəçi qismində iştirak edirlər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla digər təqsirləndirilən şəxslər kimi Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edilməsi, habelə işğal altında saxlanılması, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub.

Prokurorlar qeyd ediblər ki, iş üzrə toplanmış mötəbər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu təsdiqləyir, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə öz təsdiqini tapmayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququnun ümumtanınmış prinsip və normalarının tələblərinə tam uyğundur.

Prokuror vurğulayıb ki, ifadələr, ekspert rəyləri, protokollar, maddi sübutlar, sənədlər, video və fotomateriallar qarşılıqlı şəkil və məcmu halında araşdırılıb, hökm hər bir təqsirləndirilən şəxsin konkret əməlləri, ittiham olunduqları cinayətlərdə iştirak forması və iş üzrə müəyyən edilmiş faktlar əsasında çıxarılıb.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ittiham hökmünün isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Hakim bununla da məhkəmə çıxışlarının başa çatdığını bildirib və müdafiə tərəfi qanunvericiliklə nəzərdə tutulmuş replika hüququndan istifadə edib.

İlk olaraq təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Vəkil replikasında apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və Bako Sahakyan barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra replika hüququndan istifadə etmək üçün söz təqsirləndirilən Bako Sahakyana verilib. Bako Sahakyan qeyd edib ki, ona verilmiş replika hüququndan növbəti məhkəmə iclasında istifadə etmək istəyir.

Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Müdafiəçi hüquqlarını qoruduğu şəxsin barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arayik Harutyunyan da replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tiktoker "Roşka"nın işi üzrə ekspertiza rəyi açıqlanıb

Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Citypost.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri qərarı məhkəməyə daxil olub.  Ekspertizaya elave tedqiqat obyektleri (videogöruntüler) ilə bağlı rəy elan edilib. Ekspertlər tərəfindən rəy müsbət  qiymətləndirilib. Məhkəmənin növbəti iclası sentyabra təyin edilib.Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış...

28 İyul 2026, 20:06

Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib 

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş təxminən bir saat davam edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.Məlumata görə, Zelenski yerli vaxtla saat 10:52-də (Bakı vaxtı ilə 18:52) Ağ Evi tərk edib.Bundan əvvəl Ağ Ev rəsmilərinə istinadən yayılan məlumatda görüşün yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başladığı qeyd olunmuşdu....

28 İyul 2026, 19:20

Səbinə Hacıyevaya yeni vəzifə verilib

28 iyul 2026-cı il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor təyin edilib.Citypost.az  xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb.Səbinə Rasim qızı Hacıyeva Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə əlavə təhsil alıb.S.Hacıyeva əmək fəaliyyətinə 2001-ci ildən etibarən peşə təhsili sistemində başlayıb. O, müxtəlif illərdə Dövlət Dəmir Yolu Liseyində laborant, rus dili fənni üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi...

28 İyul 2026, 18:58

Sabirabad xəstəxanasının keçmiş rəhbəri məhkəmə qarşısında

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynov külli miqdarda mənimsəmədə ittiham olunur.Citypost.az xəbər verir ki, ittihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəməyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.Həsən Hüseynovun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.İş hakim Cavid Səfərlinin icraatına verilib.Məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.Qeyd edək ki, Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının sabiq direktoru Həsən Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi...

28 İyul 2026, 18:05

IV qrupda bir nəfər 700 bal topladı

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.Modern.az xəbər verir ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən maksimum – 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Tağızadə Samir Hikmət oğlu toplayıb.I ixtisas qrupu üzrə isə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697,5 bal toplayan iki abituriyent göstərib. Onlar Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə. Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı olublar....

28 İyul 2026, 17:56

Rövşən Rzayev vətəndaş qəbulu keçirib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az-a bu barədə Dövlət Komitəsindən məlumat verilib.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

28 İyul 2026, 17:37