Prezident Elçin Hüseynlini Hindistandan geri çağıraraq İtaliyaya səfir təyin etdi
Cəmiyyət 28 İyul 2026, 14:00
488
Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüqar Rəhimzadə: Dil milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır
Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi, biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ulu Öndər, eyni zamanda, bu çağırışı da edirdi ki, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Ulu Öndərin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorumaq hamımızın...
28 İyul 2026, 15:34
Milli Məclisin sədri Efiopiyaya rəsmi səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.Citypost.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər....
28 İyul 2026, 15:14
Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaş müraciətlərinin yerində öyrənilməsi və mövcud məsələlərin operativ həlli məqsədilə şəhərin 18-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.Bu barədə Citypost.az-a İcra Hakimiyyətindən məlumat verilib.Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.Səyyar qəbul zamanı sakinlər məşğulluq imkanları, sosial təminat, yaşadıqları ərazidə görülən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, məhəllədaxili yolların vəziyyəti və digər sosial-məişət məsələləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.Şəhər rəhbəri vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə...
28 İyul 2026, 15:10
Xətaidə məhkumun gizlətdiyi silah ələ keçirildi
Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....
28 İyul 2026, 15:05
"İdrak" liseyindəki silahlı insident üzrə ataya cəza verildi
"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.Citypost.az xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona aylıqqazancından dövlət nəfinə 20%-i məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri cəzası təyin edilib.Qeyd edək ki, Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə hazırda məhkəmə araşdırması davam edir.Hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən...
28 İyul 2026, 14:34
Prezident Elxan Qəhrəmanı Tacikistana səfir təyin etdi
Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
28 İyul 2026, 14:14