"Azərişıq" Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
Cəmiyyət 08 İyun 2026, 13:24
1471
"Azərişıq" ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yenidən qurur.
Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır. Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xətləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilir.
Həmçinin qarlı-şaxtalı havalarda ağac budaqlarının qırılaraq xətlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır, meşə zolaqlarından keçən elektrik hava xətləri üçün dəhliz yaradılır.
Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xətlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın, canlı qüvvənin operativ hərəkətini təmin etməkdir.
Həmçinin oxuyun
Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) çəkilib. Həmçinin 10 kV-luq xətlərdə də təmir işləri aparılıb, kənddə yeni smart sayğaclar, 2 ədəd Transformator Məntəqəsi (TM) quraşdırılıb.
"Azərişıq" Leriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07