Bizə yazın

Baku

-°C

USD

-

Hava ilə bağlı xəbərdarlıq

Cəmiyyət 25 Sentyabr 2024, 12:36

24633

Sentyabr 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacaq, dolu düşəcək.

Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabı təqdimatı olub 

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabın təqdimat mərasimi olub.Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları və ictimai-siyası xadimlər iştirak edib.Sözügedən kitabın müəllifi Aslan Aslanovdur.Qeyd edək ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib və Heydər Əliyev "universiteti"ndə dərs alıb.Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb....

30 İyun 2026, 17:38

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək 

İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.Citypost.az  bu barədə Nazirliyə istinadən xəbər verir.Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər....

30 İyun 2026, 17:18

Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə başsağlığı məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm"....

30 İyun 2026, 17:12

"İnter" üç müdafiəçisi ilə yolları ayırıb 

İtaliyanın "İnter" klubunun 3 müdafiəçisi - Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian komandadan ayrılıb."Report" A Seriyası təmsilçisinə istinadən xəbər verir ki, futbolçuların müqaviləsinin müddəti başa çatıb.34 yaşlı S.Vrey 2018-ci ildən, 36 yaşlı M.Darmian isə 2021-ci ildən komandanın heyətində çıxış edib.38 yaşlı F.Açerbi isə 2023-cü ildən Milan klubunun formasını geyinib.

30 İyun 2026, 17:00

Prezident korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağasını təsdiqləyib 

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklikləri imzalayıb.Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada...

30 İyun 2026, 16:16

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir 

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur....

30 İyun 2026, 16:00