Bizə yazın

Baku

-°C

USD

-

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iyunun 15-də fəaliyyət göstərməyəcək 

Cəmiyyət 12 İyun 2026, 14:23

499

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb 

Bu gün saat 15:13-də episentri Qəbələ rayonunda yerləşən 5.1 maqnitudalı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

12 İyun 2026, 16:15

Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib 

İyunun 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonundan olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

12 İyun 2026, 15:55

TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır 

TƏBİB tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama və araşdırma tədbirləri həyata keçirilir.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

12 İyun 2026, 15:48

Azərbaycanda hissedilən zəlzələ olub

Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

12 İyun 2026, 15:36

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib 

Bu il aprel ayından etibarən TƏBİB-in 31 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Bildirilib ki, bu il aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9...

12 İyun 2026, 15:23

Xüsusi qabiliyyət imtahanlarına start verilir 

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, iyunun 22-dən etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol...

12 İyun 2026, 15:08